Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 Mar 17:35Ic-Siyaset
Səbinə Əliyevanın bu görüntüləri TƏNQİD OLUNDU: Məsuliyyətsizlik, yoxsa yanlış təqdimat? – ŞƏRH
Sosial şəbəkələrdə Ombudsman Səbinə Əliyevanın məmur-oliqarx tərzində Şəhidlər xiyabanını ziyarət etməsi tənqidlərə səbəb olub.
Respublikaxeber.az xəbər verir ki, Ombudsman aparatı ölkədə insan hüquqlarına dair hesabat hazırlayır, bu hesabatların hazırlanması sadə vətəndaşlarla təmaslardan keçir.
Yəni, İnsan hüquqları üzrə müvəkkil xalqa bir köynək daha yaxın olmalıdır. Qətiyyən şübhəmiz yoxdur ki, Səbinə Əliyeva hüquqları pozulmuş insanların problemlərini dinləyir, amma onun bu sayaq davranışı sadə xalqa yaxın insan anlayışına ziddir.
Səbinə Əliyeva məmur da deyil, hərçənd ki, elə məmur da bu tərzdə davranmamalıdır. Səbinə xanımın isə Şəhidlər xiyabanına gəlişi məmur davranışının da fövqündə dayanan addımların müşayiəti ilə baş tutur.
Səbinə Əliyevaya qarşı haqlı iradlar məntiqlidir və bu, o tələbdən qaynaqlanır ki, məmur da, müvəkkil də özünü aristokrat təbəqə kimi göstərib vətəndaşdan əlahiddə üstünlüyünü nümayiş etdirməsin.
Ümumiyyətlə, belə formada ziyarət təqdimatı nəyə lazımdır? Şəhidlər xiyabanıdır, siz ora sakit və səs salmadan gedib, şəhidləri ziyarət edib, geri qayıda bilərdiniz və bu qədər səs-səmir qopmazdı.
Görəsən Səbinə xanıma bu PR ideyasını kim verib? Düşünürük ki, kim veribsə, böyük səhv edib, bu xalqın həssasiyyətini nəzərə almayıb. Yox, bu ideya Səbinə Əliyevanın öz beyninin məhsuludursa, bu zaman da başadüşülən deyil.
Ya zəlzələdən, ya da vəlvələdən – Səbinə xanım Əliyeva səhvə yol verib. Bu, hüquqi səhv deyil və hüquqi məsuliyyət də yaratmır, amma ictimai qınağa əsas verən səhvdir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi