Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
02 Mar 14:59Ic-Siyaset
“Müəllim öz dərsi ilə məşğul olmalıdır” - Təhsildə kağız-kuğuz işi nə vaxt bitəcək? – ÖZƏL AÇIQLAMA
Dünən nazir Emin Əmrullayev keçirdiyi brifinqdə təhsil sahəsində mövcud olan və hər kəsi narahat edən bir sıra vacib məqamlara toxunub. Nazir bildirib ki, bəzi hallarda müəllimlər məktəbdə birbaşa uşağın öyrənməsinə xidmət edən fəaliyyətlə deyil, digər inzibati işlərlə məşğul olurlar. Bu, aparılan monitorinqlər zamanı məlum olub. Həqiqətən də son dövrlər həm müəllimlər, həm də şagirdlər bu vəziyyətdən narazılıq edir. Sosial şəbəkələrdə bununla bağlı şikayətlərin sayı-hesabı yoxdur. Hər kəs müəllimin sənəd yazmaqdan dərsə vaxt ayıra bilmədiyini söyləyir.
Bəs görəsən bu problemin həlli üçün hansı işlər görülməlidir?
Respublikaxeber.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarını təhsil eksperti Nadir İsrafilov cavablandırıb. O bildirib ki, müəllimin vəzifəsi dərs dediyi şagirdlərin bilik və bacarıqlarını formalaşdırmaqdır: “Təəssüf ki, son zamanlarda müəllimlərin iş yükü həddən artıq çoxalıb. Kurikulum sisteminin tətbiqindən sonra problemlər daha da artmağa başlayıb. Kurikulum məzmun islahatıdır. Lakin bu sistemdə qiymətləndirmə mexanizmi hazırlandı. Summativ, formativ, diaqnostik qiymətləndirmə və sair. Bütün bunlar müəllimin işini xeyli ağırlaşdırır. Vaxtilə beş ballıq qiymət sistemi var idi. İndi isə müəllim kağız-kuğuzun içindədir. Bütün bunlar lazımsız həngamədir. Müəllim proqram materialını hazırlayaraq şagirdə çatdırmalıdır. Texnologiya əsrində yaşayırıq. Hadisələr, proseslər sürətlə dəyişir. İndi qiymətləndirmə mexanizmi ilə bağlı elə bir vəziyyət yaranıb ki, müəllim təhsillə məşğul olmağa imkan tapmır. Son dövrdə bu məsələ mediada da işıqlandırılıb. Təhsil ekspertləri də öz fikirlərini bildirib. Summativlərlə bağlı bəzi məsələlər nəzərdə tutulur. Təhsil naziri özü də son brifinqdə bu məsələyə diqqət yetirdi. Hesab edirəm ki, bu gün təhsilin keyfiyyətindən danışırıqsa müəllimin əsas işi kimi onun dərsə hazırlaşmasına imkan yaradılmalıdır”.
Ekspert qeyd edib ki, müəllimi əlavə prosedurlardan azad etmək lazımdır: “Bu gün müəllimin əlavə qayğıları da artırılıb. Nazir dünənki çıxışında bu məsələyə toxundu. Ona görə də bu istiqamətdə mütləq iş aparılmalıdır. Müəllim hesabatlılıq prinsipindən azad olunmalı, öz dərsi ilə məşğul olmalıdır. Əlavə işlər müəllimə həm də psixoloji təsir göstərir. Təhsildə mümkün qədər kağız-kuğuz işindən imtina edilməlidir. Bütün bunlar qiymətləndirmə mexanizmi ilə bağlıdır. Ona görə də qiymətləndirmə mexanizminin yenilənməsi və daha da təkmilləşdirilməsi ilə bağlı məsələ qaldırılıb. Yəqin ki, lazımi işlər görüləcək”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB