Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Fev 11:27Ic-Siyaset
“Yeni məmurlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər...” - HƏQİQƏTƏN DƏ...
“Hakimiyyət nəzərdə tutulan məmurların səriştəsizliyini pərdələmək üçün daha sərt tədbirlərə əl atmaq variantını seçir”.
Respublikaxeber.az xəbər verir ki, bu fikirləri son həftələrdə hakimiyyətin müxtəlif istiqamətlər üzrə siyasətini sərtləşdirməsinin mümkün səbəblərini dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, ölkədə qanunlar işləmirsə və vətəndaşların hüquqları qorunmursa, bu halda yalnız güc strukturlarının fəaliyyətini müşahidə etmək mümkündür.
“Əslində, 44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə belə bir əhval-ruhiyyə və gözlənti vardı ki, hakimiyyətin əksər istiqamətlər üzrə siyasətində əhəmiyyətli dərəcədə yumşalma baş verəcək. Bu çərçivədə korrupsiya və rüşvətxorluğun səviyyəsinin aşağı düşəcəyi, məmurların daha çox cəmiyyətə xidmət edəcəyi gözləntisi xeyli artmışdı.
Amma çox təəssüf ki, biz bunun əksini görürük. Müşahidələr onu göstərir ki, yeni məmurlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər və bu da cəmiyyətdəki narazılığın hüdudlarının genişlənməsinə səbəb olur. Hakimiyyət də bu narazılığı neytrallaşdırmaq, daha doğrusu nəzərdə tutulan məmurların səriştəsizliyini pərdələmək üçün daha sərt tədbirlərə əl atmaq variantını seçir.
Bu səbəbdən də biz son vaxtlar güc strukturlarının fəaliyyətini daha çox görürük. Ölkədə qanunlar işləmirsə və vətəndaşların hüquqları qorunmursa, bu halda yalnız güc strukturlarının fəaliyyətini müşahidə etmək mümkündür. Mövcud şəraitdə də biz məhz bunu görürük. Fikrimcə, hakimiyyət də bunun fərqindədir ki, narazılıqları aradan qaldırmaq üçün bəyan etdiyi islahatları həyata keçirmək lazımdır. Bu baş vermədiyi üçün də sərt tədbirlərə əl atılır”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi