Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
18 Fev 14:50Ic-Siyaset
Məmurlardan dəstək alıb gecəqondular tikib satan İŞBAZLAR - FOTO
Təhlükələri barədə illərdir əhali məlumatlandırılsa da, neft kəmərlərinə bitişik ərazilərdə torpaq sahələrini zəbt edib ev tikənlər hələ də var.
Respublikaxeber.az xəbər verir ki, Xətai rayonu, NZS qəsəbəsində vəziyyət daha acınacaqlıdır.
Burada elə evlər var ki, divarı benzin nəql olunan boru xəttinə söykənir. Bir başqa evin qapısı isə düz neft kəmərinə açılır. Sual yaranır, necə olub ki, insanlar bu cür təhlükəli ərazidə məskunlaşıblar?
Sakinlərin dediyinə görə, əhalinin bu ərazilərdə məskunlaşmasının əsas səbəbkarlarından biri boru xəttlərinin mühafizə zonasındakı boş torpaqları zəbt edən işbazlardır. Onlar öz səlahiyyətlərindən sui-istifadə edən bəzi məmurlardan da dəstək alaraq bu ərazilərdə gecəqondular tikərək ya satır, ya da kirayə verirlər. İnsanları aldadırlar ki, boru xətti işlək deyil, yaxın vaxtlarda söküləcək. Bir çoxları dələduzların bu vədlərinə inanaraq təhlükəli zonada yerləşən evləri ya satın alır, ya da kirayə götürür.
Şəhərin müxtəlif ərazilərinə yaxınlığı, eləcə də qiymətlərin nisbətən ucuz olması ilə əlaqədar burada kirayə evlərə tələbat yüksəkdir. Elə adam var ki, neft kəmərinin yaxınlığında ələ keçirdiyi ərazidə 3-4 ev tikib, hər birini 150-200 manata kirayə verir. Dövlətin torpağını zəbt edib özünə bu cür “biznes” quranlardan biri də Həsənov Məhərrəm Vaqif oğludur.
Bu şəxsi Xətai rayonunda icra hakimiyyətindən tutmuş polis əməkdaşlarına kimi hamı yaxşı tanıyır. Aşıq Qurban küçəsindəki əksər gecəqondular onun havadarlığı ilə tikilib. Elə həmin küçədə - Aşıq Qurban 25 ünvanında da Vaqif Həsənov neft kəmərinin bir addımlığında zəbt etdiyi ərazidə gecəqondular tikib və hamısını kirayə verib. Lakin Vaqif Həsənov bununla kifayətlənmək istəmir. O öz “biznesini” genişləndirmək üçün yeni evlər tikdirir. Qanunsuz əməllərini gizlətmək üçün isə həyətini 3-4 metr hündürlüyündə dəmir listlərlə hasara alıb və gizli tikinti işləri aparır.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Vaqif Həsənovdan qanunsuz tikinti işlərinin dayandırılması tələb edilsə də, məhkəmənin bu qərarı icra olunmur. Neft kəmərlərinin mühafizəsini təşkil edən polis əməkdaşları tərəfindən qanunsuz tikinti işlərinin dayandırılması tələb edildikdə isə Vaqif Həsənov həyat yoldaşı Günay Həsənova ilə birlikdə polis əməkdaşlarının şərəf və ləyaqətini alçaldacaq ifadələr işlədir, hətta onlara qarşı zor da tətbiq edirlər.
Vaqif Həsənov öz ailəsi ilə yanaşı, kirayə verdiyi evlərdə yaşayan insanların da həyatını təhlükəyə atır. Çünki yüksək təzyiqli boru xəttləri ilə tezalışan neft məhsulları nəql olunur ki, xırda bir sızıntı, qəza böyük faciəyə səbəb ola bilər. Bu evlərdə körpə uşaqların, yaşlı insanların da yaşaması acınacaqlı vəziyyətin məsuliyyətini daha da artır. Hadisə baş verdikdən sonra onun fəsadlarını aradan qaldırmaq, həmin hadisənin baş verməsinin qarşısını almaqdan daha çətindir. Aidiyyəti qurumlar bunu nəzərə alıb dərhal hərəkətə keçməlidir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi