Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 Fev 17:39Ic-Siyaset
İcra başçısının birinci müavini qardaşı oğlu ilə birlikdə sakinləri aldatdı - 21 min manat ödənmir (FOTO)
Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İkram Vəliyev qardaşı oğlu Sabir Vəliyevlə əlbir olub vətəndaşlardan aldıqları məhsulların pulunu ödəmir.
Respublikaxeber.az xəbər verir ki, bu barədə rayon sakinləri Manset.az-a müraciətlərində bildiriblər. Müraciətdə qeyd olunur:
“Həyətimizin məhsulu olan xurma meyvəsini icra başçısının müavini İkram Vəliyevin tapşırığı əsasında onun qardaşı oğlu Sabir Vəliyevə yığıb vermişik. Sabir Vəliyev həmin xurma məhsulunu Əli adlı Biləsuvar sakininə nağd pula satsa da bizim pulumuzu indiyə qədər ödəmir. Hansı ki, Əli adlı Biləsuvar sakini bizə bildirib ki, mən Sabir Vəliyevə məhsulun pulunu vermişəm.Təkcə bu mövsümdə onlardan 700.000 manatlıq məhsulu ödənişlə almışam.
İcra başçısının birinci müavini İkram Vəliyev bizi çağırıb xurma meyvəsini qardaşı oğlu Sabir Vəliyevə yığıb verməyi bildirsədə indi pulumuzu vermək istəmir.
Onu da qeyd edək ki, İkram Vəliyev meyvə tədarükü üçün Göyçay rayonunun Qarabaqqal kəndində özünə böyük bir anbar alıb.
İkram Vəliyevin qardaşı oğlu ilə əlbir olub bizdən aldıqları malların siyahısı belədir:
1) Kərimov İlyas Baxış oğlundan 7950 (yeddi min doqquz yüz əlli) manatlıq,
2) Səmədov Saleh Yaqub oğlundan 4350 (dörd min üç yüz əlli) manatlqı,
3) Əmrahov Rəhman Qədir oğlundan 1000 (min) manatlıq,
4) Şıxəliyev Aqil İxtiyar oğlundan 4500 (dörd min beş yüz) manatlıq,
5) Şıxəliyev Elçin İnqilab oğlundan 3700 (üç min yeddi yüz) manatlıq xurma məhsulu aldadaraq, alıb pulunu vermir.
Biz kasıb işsiz kənd sakinləri gözümüzü bir il ərzində bu məhsulu satıb əldə etmək istədiyimiz pula tikmişdik. Həmin pulla biz ailəmizi dolandırırıq.İndi isə icra başçısının 1-ci müavini İkram Vəliyev və onun qardaşı oğlu Sabir Vəliyevin dələduzluğuna görə aclığa məhkum olmuşuq.
Qeyd edək ki, Sabir Vəliyevin atası Rafael Vəliyev Ləkçıplaq kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyir.
İndi biz çıxılmaz vəziyyətdə qalmışıq. İcra başçısının birinci müavini İkram Vəliyevin və qardaşı oğlu Vəliyevin talançılığına etiraz olaraq aclıq aksiyasına başlamaq niyyətindəyik.
Biz mətbuat vasitəsi ilə Prezident Cənab İlham Əliyevdən xahiş edirik ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edib məhsulumuzu aldadıb başqa şəxsə sataraq pulunu mənimsəmiz Göyçay rayon icra hakimiyyət başçısının birinci müavini İkram Vəliyevin və qardaşı oğlu Sabir Vəliyevin barəsində ciddi tədbirlər görülsün”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi