Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 Yan 09:50Ic-Siyaset
Pulsuz testi gözləmək, yoxsa pul verib narahatlıqdan çıxmaq? - Apteklər üçün yeni qazanc
Finlandiyanın “Deep Sensing Algorithms” şirkəti insanın nəfəs aldığı havadan 45 saniyə ərzində koronavirusu aşkarlayan test cihazı üçün Avropa üzrə tibbi sertifikat alıb.
Respublikaxeber.az xəbər verir ki, cihaz forma və funksionallıq baxımından alkotesterə bənzəyir. Qeyd olunur ki, qurğudan istifadə etmək asandır. İnsanın cihaza bir dəfə nəfəs verməsi kifayətdir və nəticə 45 saniyəyə məlum olur. Cihaz iki dəqiqə ərzində növbəti analiz üçün hazır olur. Dünyanın bir çox hava limanları cihazın sınaqdan keçirilməsinə maraq göstərir.
Ümumiyyətlə, koronavirus diaqnozunun qoyulması üçün bir neçə test növündən istifadə olunur. Azərbaycanda bunun iki növü daha geniş yayılıb. Bunlardan biri burundan və ağız boşluğundan yaxma (PZR) götürülməklə, digəri isə seroloji test vasitəsilə, yəni qan analizi verməklə aparılır. Burun və ağız boşluğundan götürülən yaxma hazırda COVID-19 infeksiyası daşıyıb-daşımadığımızı göstərir.
Seroloji test isə indiyədək nə vaxtsa koronavirusa yoluxub-yoluxmadığınızı müəyyən edir. Bundan başqa, müəyyən hallarda KT (kompüter tomoqrafiyası) üsulundan da istifadə olunur. Bunlarla yanaşı, bir neçə gün vaxt itirməmək üçün xəstəliyi daha tez aşkarlayan sürətli testlər də var.
Ölkəmizdə apteklərdə sürətli koronavirus testi varmı? Həmin testlərin qiymətləri neçədir? Testlərə tələbat necədir?
Respublikaxeber.az xəbər verir ki, bu suallara cavab tapmaq üçün Cebhe.info-nun əməkdaşı paytaxtdakı bir neçə aptekə baş çəkib.
Şıxəli Qurbanov küçəsində yerləşən “Dokta” aptekinin əczaçısı bildirdi ki, həmin aptekdə yalnız bir növ sürətli koronavirus testi var. Həmin testin cavabı 10-15 dəqiqə ərzində açıqlanır. “PCL COVID-19 Ag Gold” adlanan testin qiyməti 16 manat 50 qəpikdir. Test diaqnozu tüpürcək vasitəsilə təyin edir. Əczaçı xanım həmin testlərdən gün ərzində 4-5 ədəd satıldığını və digər testlər kimi diaqnozu düzgün müəyyənləşdirdiyini bildirdi.
“Çeburaşka” aptekində isə bizə iki növ sürətli koronavirus testi təqdim etdilər. “Spesera” adlanan testin qiyməti 25 manat təşkil edir. Koronavirusa yoluxub-yoluxmadığınızı isə 15 dəqiqə ərzində müəyyən edir. Bu test nəticəni insandan yaxma götürməklə təyin edir. Həmin aptekdə 12 manat 50 qəpiyə daha bir koronavirus testi də satılır. Aptek işçisi gün ərzində 10-a yaxın belə testin satıldığını qeyd etdi.
“Nizami” metrostansiyasının yaxınlığında yerləşən aptekdə isə daha fərqli sürətli COVID-19 testilə rastlaşdıq. “Famex” adlı virusu müəyyən edən test 15 manata təklif olunur. Bu test də insanda virusu yaxma üsulu ilə müəyyən edir. Əczaçı gün ərzində neçə test satıldığını xatırlamasa da, xeyli sayda alıcıların olduğunu, bu cür testlərin virusu vaxt itirmədən aşkarladığını və dəqiq diaqnoz qoyduğunu dedi.
Bundan başqa, ilk aptekdə maraqlandığımız “COVID-19 Ag Gold” adlı test burada da vardı. Testin qiyməti digər aptekdə olduğu kimi, yəni 16 manat 50 qəpikdir.
“Cardio” aptekdə isə sürətli koronavirus testlərinin bitdiyini bildirdilər. Onlarda yalnız bir növ testin olduğunu və 15 manata satılan bu testlərin bitdiyini deyən əczaçı sabahdan test satışını davam etdirəcəklərini də qeyd etdi. Adının açıqlanmasını istəməyən aptek işçisi testlərə marağın olduğunu, bu cür testlərlə cavabı bir neçə gün gözləməyə ehtiyac qalmadığını deməyi unutmadı.
Digər aptekdə də eyni testlər, eyni qiymətlər və eyni statistikanın olduğunu öyrəndik. Lakin sürətli testlərin doğru diaqnoz qoyduğunu sübut etmək üçün insanların yenidən həm də PZR testi verib-vermədiyini öyrənə bilmədik.
Məlumat üçün bildirək ki, ölkəmizdə koronavirusa yoluxanların sayı yenidən artıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, yanvarın 19-u koronavirus infeksiyasına 1 151 yeni yoluxma faktı qeydə alınıb.
Azərbaycanda pulsuz PZR testi təcili yardım çağırıldıqda şəxsin temperaturu 39 dərəcə olduğu təqdirdə götürülür. Özəl xəstəxanalarda isə ən ucuz PZR testinin qiyməti 60 manatdır. Özəl tibb müəsssiələri həmçinin evlərə çağıırışa gedərək test götürürlər ki, bu zaman qiymət daha da baha olur. Xaricə səfərlər üçün tələb olunan PZR testləri xüsusi müəyyənləşdirilmiş dövlət poliklinikalarında 40 manat, özəl müəssisələrdə isə 60-120 manatdır. Qiymət cavabların veriləcəyi müddətə uyğun olaraq ucuzdan bahalıya doğru görə dəyişir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi