Sorğu
Оцените работу движка

23 Sen 16:22Ic-Siyaset

Kərəm Həsənovun bacısı falçıya verdiyi pulun YARISINI ALDI

Kərəm Həsənovun bacısı falçıya verdiyi pulun YARISINI ALDI

“Maya” ləqəbli falçı Şəfəq İsmiyeva Rəna Ağarzayevadan övladının bəxtini açdırmaq üçün dələduzluq yolu ilə aldığı bir milyon manat pulun bir hissəsini qaytarıb.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, dünən cinayət işi üzrə təqsirləndirilənlər – Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi müəyyən səbəblərdən təxirə salınıb.

Baş verən cinayətə görə Ceyhun Zeynallı özünü günahkar bilmir. Şəfəq İsmiyeva iddiası əsasında Ceyhun Zeynallıdan hamilə olduğu üçün məhkəmənin hökmü ilə sərbəst buraxılıb. Artıq falçı uşaq da dünyaya gətirib.

Şəfəq İsmiyeva aldığı bir milyon pulu Ceyhun Zeynallıya verdiyini iddia edir. Qarşı tərəf isə onu təkzib edir və Şəfəq İsmiyevanın dünyaya gətirdiyi körpəsinin də atası olmadığını söyləyir.

Artıq zərərçəkmiş tərəfə, yəni Rəna Ağarzayevaya 400 min manata yaxın vəsait qaytarılıb.

Xatırladaq ki, Rəna Ağarzayevanın Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı olduğu deyilir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi