Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Yan 14:04Ic-Siyaset
Emin Hüseynov: “Görürsünüz, özüm sizə cavab yazıram. Nə qədər belə məmur tanıyırsınınız?” - FOTO
Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Report” İnformasiya Agentliyinin əməkdaşı (İdman departamentinin rəhbəri) Elşən Məmmədovun “Facebook”da yazdığı statusa münasibət bildirib.
RESPUBLİKAXEBER.az xəbər verir ki, E.Hüseynov yazdığı şərhdə jurnalistin Ağdamdakı stadionda tamaşaçı tutumu ilə bağlı sualına cavab verərək məsələyə aydınlıq gətirib.
O, Ağdamda tikiləcək stadionun tutumu ilə bağlı 30 min rəqəmini söyləmədiyini qeyd edib:
“Elşən müəllim, salam. Məlumat üçün deyim ki, mən, Emin Hüseynov 30 min nəfərlik stadion tutumu ilə bağlı rəqəmi açıqlamamışam. “AZƏRTAC”ın müxbiri yanlış anlayıb. Onun nəzərinə çatdırdıqdan sonra yanlışlığı özü düzəldib. 15 min nəfərlik tutumu olan stadion nəzərdə tutulur. Bu, bütün beynəlxalq standartlara cavab verən həcmdir. Şəhərsalma standartlarına da tam uyğundur. Bir də qeyd etmək istəyirəm ki, heç kimdən gözükölgəliyim yoxdur və kommunikasiyaya tam açıq adamam. Görürsünüz, özüm sizə cavab yazıram. Nə qədər belə məmur tanıyırsınız? Əgər gələcəkdə də hər hansı sualınız olsa, buyurub verə bilərsiniz. Fürsətdən istifadə edib Yeni ilinizi təbrik edir, yeni ildə sizə və doğmalarınıza sağlıqlı və gözəl günlər arzulayıram. Hörmətlə, Emin Hüseynov”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi