Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
20 Avq 09:45Ic-Siyaset
Məhkəmə hakimiyyəti və Vəkillər Kollegiyası ƏLİLLƏRƏ VƏKİL AYIRMAQDAN İMTİNA EDİR
Respublikaxeber.az Hurriyyet.az-a istinadən bildirir ki, Əlilliyi olan şəxslərin işləri, doğrudan – doğruya , Allahın ümidinə qalıb. Məmurlar nə Konstitusiya tanıyır, nə qanun, nə hüquq, nə məhkəmə. Elə absurd durum yaranıb ki, məhkəmə hakimiyyəti icra hakimiyyətinin “JEK”-i kimi təsərrüfat işləri ilə məşğul olan qurum yetkisi bağışlayır. Ədalət adına, təsərrüfat işlərini icra edənlərin məhkəmə hakimiyyətindən ayrı olaraq işlərini vaxtlı-vaxtında görmələrini vurğulayaq. “JEK” ərizə bir yana qalsın, adi bir zənglə anında xidmətinin başında olur, məhkəməyə verilən ərizələrə isə illərdir baxılmır.
Bu sətirlərin yazarının Qarabağ savaşında əlilliyi olan şəxs kimi pensiyasının düzgün hesablanmaması, Səhiyyə Nazirliyinin verdiyi rəylər əsasında Respublikadan qıraqda,hətta burdan-bura Naxçıvan “Duzdağ” mərkəzində müalicəsinin qərəzlə təşkil edilməməsindən və s. tələblər üzrə ƏƏSMN-ə qarşı iddiası 3 ildir Şəki və Bakı inzibati məhkəmələri hakimlərinin qeyri-prosessual “peşəkarlığı”nınqurbanına çevrilib. Məhkəmələrin süründürməçiliyi ilə oxuyanları yormayaq, axırı, Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimli ilyarımdan sonra 02.04.2021-ci ilə iclas təyin etdi və iddianı dəqiqləşdirmək üçün 19.04.2021-ci ilə kimi vaxt verdi. Həmin tarixə kimi Maliyyə Nazirliyini 3-cü şəxs kimi göstərməklə, cavabdeh ƏƏSMN və tabeliyindəkiDSMF, SXA , DTSER Agentliyinə , ƏƏSMN-in əlillik siyasəti şöbəsinə qarşı dəqiqləşdirilmiş iddia və vəsatətlər məhkəməyə təqdim edildi.19.04.2021-ci ildə hakim Rüstəm Kərimli dəqiqləşdirilmişiddiaya , vəsatətlərə münasibət bildirmədən qərarın iş gününün sonunda -saat 18-də telefon zəngi ilə elan ediləcəyini (?) bildirdi. Bu cür məhkəmə qərarının elan edilməsi nə Konstitusiyada yazılıb, nə Mülki, nə də İnzibati Prosessual Məcəllədə. Eyni zamanda belə qeyri-prosessuallıq aşkarlıq prinsipinin pozulması olsa da, yalnız 10 gündən sonra hakimin köməkçisi zəng edib iddianın mümkün sayılmadığını bildirdi. Heç demə, hakim qəsdən Prezidentin 30.06.2020 tarixli 1077 saylı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininfəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanını adsızlaşdırmaqlafərmanın ƏƏSMN-ə aid olmadığını, tabeliyindəki qurumların cavabdeh ƏƏSMN-ə tabe olmadığınısaxtalaşdırıb. İstənilən halda eyni nazirliyin ayrı-ayrı qurumlarının bir iddiada cavabdeh ola bilməzliyini“yadından çıxaran” hakimin qərarından Bakı ApellyasiyaMəhkəməsinə şikayət ediləndə , iclasın 3 ay sonraya 06.08.2021-ci ilə təyin olunması sədrlik edən və məruzəçi hakim Afaq Nuriyevaya etirazla sonuclansa da, nə etiraza baxılıb, nə də digər iki hakimin adı açıqlanıb. Astmaxəstəliyindən yatağa məhkum edilən Qarabağ qazisinin04.08.2021-ci ildə iclasda online rejimdə iştirakının və dövlət hesabına vəkillə təmin edilməsi haqqında vəsatətinə, ərizəsinə də hələ də baxılmayıb. Beləcə , müalicə hüququnu tələb edən əlilin yataqda ağır xəstə olmasından yararlanıb hüquqi yardım edilmədən müalicə, sosial təminat hüququ mümkün sayılmayıb! (?) Bu mümkünsüzlük faktiki məhkəmə təminatı hüququna qadağadan başqa bir şey deyil.
Milli Məclisin sədrinə millət vəkili kimi məhkəmə hakimiyyətinin özbaşınalığından şikayət Vəkillər Kollegiyasına (VK) göndərilib və VK-nın aparat rəhbərinin müavini Seymur Səfərov vəkil ayrılmasından imtina edib ki, yalnız məhkəmə qərarı ilə məcburi iştirak tələb olunduqda vəkil ayrıla bilər. Deyəsən, VK-nın “Vəkillər və vəkillik fəaliyyəti haqqında” 28.12.1999 tarixli 783-lQ saylı Qanundan xəbəri yoxdur . Həmin qanunun 20 -ci maddəsinin l hissəsində yazılıb ki, ... məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Bu qanunda harada yazılıb ki, aztəminatlı şəxsi vəkil yalnız məhkəmə qərarı ilə pulsuz müdafiə etməlidir? Aztəminatlı şəxs birbaşa VK-ya müraciət edə bilməz? Bu qadağa harada yazılıb? Bir ara öncə VK rəhbərliyi qazilərə pulsuz xidmət edəcəyini açıqlamışdı. İndi isə qanunu da icra etmək istəməyən VK rəhbərliyinin heç məhkəmə qərarını da icra etmədiyi faktdır. Yəqin ki, VK məhkəməyə veriləcək. Amma belə məhkəmə hüquq sistemi ilə nəyəsə nail olmaq mümkünsüzdür. Məhkəmə təminatının, sosial, sağlamlıq hüququnun mümkün olmadığı kimi. ..
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB