Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 Avq 14:58Ic-Siyaset
"Azərpoçt"da anarxiyadır, rüşvətxorluq baş alıb gedir..." - Vəzifəli şəxsin ÖZÜ AÇIQLAYIR...
Respublikaxeber.az xəbər verir ki, Bu dəfə də "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına üz tutan, sinəsi giley dolu vətəndaş "Azərpoçt"un 2 saylı poçt filialının, 78 saylı poçt şöbəsinin müdiri Musayeva Zeynəb Musa qızıdır.
Zeynəb xanım redaksiyamıza müraciətində iddia edir ki:
""Azərpoçt"da anarxiyadır. Rüşvətxorluq baş alıb gedir. Bir müddət Əvvəl 3 saylı poçt filialının müdiri olan, fəaliyyətində yol verdiyi nöqsanlara və korrupsiya faktlarına, həmçinin başlarına oyunlar açdığı işçilərin çoxsaylı şikayətlərinə əsasən tutduğu işindən azad edilən Emin Kərimov necə olubsa yenidən "Azərpoçt"un 2 saylı filialına müdir əvəzi olaraq geri dönüb.
Döndüyü gündən də öz əmrdənkənar, şəxsi qərarları ilə hər kəsə meydan oxuyur."
Zeynəb xanım onu da bildirir ki:
"Azərpoçt"un müdiri Əfqan Cəlilovun cərəyan edən proseslərdən xəbəri yoxdur. Emin Kərimli öz rüşvətxor, özbaşına əməlləri ilə çox müdirləri işindən edib, indi də Əfqan müəllimi "başını yemək" istəyir."
Qeyd: Zeynəb xanımın baş verənlərdən Əfqan Cəlilovun xəbəri olmadığını iddia etməsinə baxmayaraq, Zeynəb Musayevanın müdiri olduğu 78 saylı poçt şöbəsinin bağlanması haqqında olan əmrdə Əfqan Cəlilovun imzası yer alır.
Daha sonra Zeynəb xanım iddia edir:
"Emin Kərimli mənə dedi: "1-2-3 nəysə verə bilsən işində qalıb davam edərsən. Sənə toxunan olmaz".
Soruşdum 1-2-3 nədir?
Dedi: -"gedərsən Əfqan müəllimin yanına, orda özü başa salar".
Ümumiyyətlə, "Azərpoçt"da həmişə belə olub. Hər təzə gələn müdirə köhnə işçilər işlərində qalmaq üçün rüşvət verirdilər. Lakin, tənha qadın olduğuma görə, sağolsunlar, mənə həmişə güzəşt ediblər. Məndən rüşvət istəməyiblər. Lakin, Emin Kərimli gələndən işimi davam etdirməm üçün rüşvət tələb edir."
Qeyd: Görün, "Azərpoçt"da rüşvət necə "qanun" olubsa, Zeynəb xanıma "güzəşt" etmələrini, xanım müdiriyyət tərəfindən ona qarşı edilən "jest" olaraq qəbul edir və "sağolsunlar" deyə, təşəkkür də bildirir.
Hüquqi dövlətdə bu kimi halların baş verməsi həm gülməlidir, həm də ki, ağlamalı...
Zeynəb xanım deyir: - "Getdim, Əfqan Cəlilovun yanına, dedim Emin müəllim mənə deyir: - "1-2-3 ver, işində işlə". Bu "1-2-3" nədir? Mənim imkanım yoxdur. Tənha qadınam. Ömrümü "Azərpoçt"a sərf eləmişəm. Əfqan müəllim heç nə demədi."
P.S: Sözügedən məsələ barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə adıçəkilən Emin Kərimli ilə telefon əlaqəsi saxladıq.
Özümüzü təqdim edib, Zeynəb xanımın adını çəkən kimi, Emin Kərimli söhbətə elə başladı ki, daha bizə sual verməyə gərək qalmadı.
"Qardaş, mən rəis əvəziyəm. Mənə rəhbərlikdən gələn göstərişləri müzakirə obyektinə çevirmək fikrim yoxdur. Mən mənə gələn tapşırıqları icra edirəm.
Lazımdır, ümumi şöbəsi var oranın, mətbuat xidməti var. Xahiş edirəm ora ilə əlaqə saxlayın. Mən cavab verə bilmirəm, o göstəriş mənə yuxarıdan gəlib, İcra edirəm."
Emin müəllimdən "Azərpoçt"un ümumi şöbəsinin telefon nömrəsini alıb, həmin nömrə ilə əlaqə saxladıq. Lakin təəssüflər olsun ki, dəstəyi qaldıran olmadı.
QEYD: Zeynəb xanımın videomusahibəsi "MUM.TV" YouTube kanalımızda yayımlandıqdan bir gün sonra Zeynəb xanım redaksiyamız ilə əlaqə saxlayıb, bildirdi ki, Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin "Azərpoçt"dan ona zəng edib, idarəyə dəvət ediblər.
Bu gün səhər isə, xanım yenidən redaksiyamıza zəng edib, bildirdi ki, poçtdan ona zəng ediblər ki, "əşyalarınız hazırdır. Gəlin götürün".
Mövzuya qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi