Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Noy 17:42Hərbi
Azərbaycan professional orduya keçir: Çağırış sistemi ləğv ediləcək?
Dünyanın əksər ölkələri professional orduya keçid edirlər. Hərbçiləri müqavilə əsasında xidmətə cəlb edən belə ordular yüksək döyüş intizamı ilə seçilir.Professional orduya ən uğurlu misal kimi qardaş Türkiyəni misal göstərmək olar. Müharibə şəraitində olduğu üçün hərbi mükəlləfiyyətli kişilərin hamısı Azərbaycan Ordusun da xidmət keçməli idi.
Bəs Azərbaycan professional orduya nə vaxt keçəcək? Keçid planları barədə məlumat varmı?
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, hərbi ekspert Şair Ramaldanov bu haqda modern.az-a danışarkən Azərbaycan ordusunun tədricən bu sistemə keçəcəyini söyləyib. Onun fikrincə, hərbi xidmət müddətinin azaldılması hazırda arzuolunan deyil.
“Professional orduya keçid müharibədən öncədə başlamışdı. Müharibəyə qədər Azərbyacanda proses 70%-ə qədər tamamlanmışdı. O vəzifələri müdddətdən artıq xidmət edənlər daşıyırdılar. Azərbaycan tam professional olmasa da, buna keçid üçün əsas işlərini yekunlaşdırıb. Professional orduya tələb olunan çox şey artıq Azərbaycan ordusunda fəaliyyət göstərir. Məncə, hərbi xidmət müddətinin azaldılmasına ehtiyac yoxdur. Bunun üçün “Hərbi xidmət haqqında” qanuna müəyyən dəyişikliklər olmalıdır”.
Milli Məclisin insan hüquqları komitısinin üzvü Zahid Oruc bölgə dövlətlərində hərbi risklərə baxışların dəyişdiyini söyləyib. O, Azərbaycanin professional orduta keçidi yekunlaşdırmaq üzrə olduğunu əlavə edib.
“Ölkənin gələcəkdə hərbi doktrinasını dəyişməsi, təhlükəsizlik sistemindəki kardinal dəyişiklikləri nəzərə alaraq atılması gərəkən addımlar var. Onunla birlikdə ordu ilə bağlıda bir neçə qərarlar qəbul oluna bilər. Bölgə dövlətlərində hərbi risklərə baxışlar dəyişib. Eyni zamanda biz Qarabağ müharibəsindən qalib çıxandan sonra bu yöndə işlər görürük. Ancaq bunla bərabər, müqavilə əsasında yeni ordu yarana bilər. Müxtəlif təlimatlar, səndələr, normativlər, proqramlar yenilənməlidir. Müharibədən sonra Ali Baş Komandan dedi ki, orduda moderinləşməni döyüş vaxtında müşahidə edirdik. Azərbaycan Silahlı Qüvvələri öz peşəkarlığını qoruyub saxlamaqla müxtəlif sahədə moderinləşməyə getməyi bir vəzifə kimi qarşıya qoyubdur. Müdafiə Nazirliyinin bu yöndə açıqlamalarını eşitmişik, Azərbaycan professional orduya tam olaraq keçid etmək dövrünü yekunlaşdırır. Ordu prosesi dövlətin həm büdcə xərclərində, həm də siyasətində öndə gedir, bundan sonrada biz daim qələbə gətirən Silahlı Qüvvələrimizin yanında olcağıq”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi