Sorğu
Оцените работу движка

08 Apr 13:10Hərbi

Sərhəddəki insidentdə 1 nəfər qaçdı - Rəsmi açıqlama

Sərhəddəki insidentdə 1 nəfər qaçdı - Rəsmi açıqlama

İranla sərhəddə silahlı insident yaşanıb. Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.

Respublikaxeber.az xəbər verir ki, qafqazinfo-ya daxil olan məlumatda bildirilir ki, aprelin 7-də “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı zastavasının ərazisində 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə olunub.

Xidməti ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılıb. “Dayan” əmrinə və xəbərdarlıq atəşinə məhəl qoymayan şəxslər atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər. Sərhəd naryadı tərəfindən pozuculardan biri zərərsizləşdirilib, digəri saxlanılıb, 1 nəfər isə silahlı müqavimət göstərməklə gizlənib. Hazırda onun saxlanılması istiqamətində axtarış davam etdirilir.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram “marixuana”, 10650 qram “heroin”, 85 qram “tiryək”, 4080 qram “metamfetamin”) və 300 ədəd “metadon 40” psixotrop tərkibli həblər götürülüb. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.

Hadisə barədə İran tərəfi məlumatlandırılıb. Faktla bağlı cinayət işi başlanılıb, Baş Prokurorluq və DSX tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi