Sorğu
Оцените работу движка

15 Mar 17:00Hərbi

Ukraynada həlak olan azərbaycanlılardan XƏBƏR VAR - RƏSMİ

Ukraynada həlak olan azərbaycanlılardan XƏBƏR VAR - RƏSMİ

Ukraynada həlak olan 5 Azərbaycan vətəndaşının cənazəsi Vətənə yola salınıb.

Respublikaxeber.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib ki, Ukraynadakı vəziyyətlə əlaqədar həlak olan 5 Azərbaycan vətəndaşının, o cümlədən Odessadan Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan və Kuçurqan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan açılan atəş nəticəsində dünyasını dəyişən 1975-cı il təvəllüdlü İsmayılov Nemət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim, 1994-cü il təvəllüdlü Əlizadə Azər, 1997-ci il təvəllüdlü Salmanov Camal, habelə Xarkovda açılmış atəş nəticəsində həlak olan 1987-ci il təvəllüdlü Məmmədov Qoşqarın nəşi 14 mart tarixində Moldovanın Kişineu şəhərindən xüsusi maşınlarla Rumıniya və Bolqarıstan ərazisindən keçməklə Türkiyəyə, oradan isə təyyarə ilə Azərbaycana yola salınıb.

Onun sözlərinə görə, həlak olan vətəndaşların cəsədləri bu gün "Azərbaycan Hava Yolları"nın İstanbul-Bakı reysi ilə vətənə gətiriləcək və yaxınlarına təhvil veriləcək.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi