Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 Dek 13:12Hərbi
Atasının ölüm taleyini təkrarlayan polkovnik... - BİR NEÇƏ SÖZ
BİR DƏQİQƏLİK SÜKUT…
Rayonda yaşadığımız dövrlər idi. Hələ orta məktəbdə oxuyurdum.Kəndimizin nümunəvi şagirdlərindən olmuş şəxslərdən söz düşərkən hazırlıq müəllimlərimin çəkdiyi adlar sırasında iki adı tez-tez eşidirdim: Seymur və Fərman Cəfərov qardaşları.
Zaman keçdi… Bu adların sahiblərini daha yaxından tanıdım. Tanıdım və bir daha əmin oldum ki, kədər ən çox uğura can atan adamların ürəyindən yapışır və ya əksinə, ürəyindən kədər yapışanlar ən çox uğura can atır.
Belə ki, müəllim ailəsində doğulub yaşadığı cəmiyyətin örnək yerinə çevrilən bu qardaşların üzünə tale uşaqlıq illərindən öz sərt silləsini çəkmişdi və nə təəssüf ki, təkcə ana hənirtisi, ana səsi ilə uzaqdakı ağ işığa doğru böyüməyə davam etmişdilər. Həm də heç 40 yaşına çatmamış dünyadan köçən bir atanın məzarına baxa-baxa…
90-cı illərdən hərb sahəsini özünə həyat yolu, amal, məslək seçən, bu istiqamətdə ali təhsil, ali rütbə alan Cəfərov qardaşları illər keçdikcə kəndimizdə sanki bir hərb mərhələsinə, istinad nöqtəsinə çevrildilər. Çox yaxşı xatırlayıram. Orta məktəbi bitirən nə qədər gənc var idi ki, bu qardaşlara baxıb taleyini silaha, səngərə bağladı, onların sorağı ilə zabitlik sevdasına düşdü. Məhz bu qardaşların da qucaq açdığı, istiqamət verdiyi şəxslər az olmadı…
Çox qəribədir. Kədər bəzən insanı ömrünün axırına qədər tərk etmir, eləcə xəlvətdə bir fürsət anı gözləyir, sanki macal axtarır. Macal axtarır ki, cücərib yenidən amansız ağrı-acıya, hadisəyə dönsün. Eynilə Cəfərov qardaşlarının alın yazısındakı kimi…
Min əzab-əziyyətlə Türkiyənin Milli Müdafiə Universitetinin Quru qoşunları Hərbi Məktəbində (Kara Harp Okulu) təhsil al, illərlə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə fəaliyyət göstər, polkovnik-leytenant rütbəsinə yüksəl və 46 yaşında ölüm sənin ürəyindən yapışsın. Yapışsın və uğurlarınla sevindirdiyin anana tabutunu göstərsin. Həyat düşündüyümüz qədər də işıqlı deyilmiş…
Oğullar bəzən atalarının ölüm taleyini təkrarlayır, hörmətli Seymur Cəfərov- bu dünyanın yola saldığı adam!
Bu məqamda Səməd Vurğununun şeirindən bir bəndi xatırlayıram:
Ölüm sevinməsin qoy!
Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Məkanın uca olsun, cənab polkovnik!
Emil Rasimoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər