Sorğu
Оцените работу движка

23 Avq 16:27Hava

Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA


“Bu ilin avqust ayı hava sürprizləri ilə dolu oldu. Bunlardan biri də Şahdağda 11 santimetr hündürlüyündə əmələ gələn qar örtüyüdür”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O deyib ki, müşahidələrin aparıldığı 2009-cu ildən bəri ilk dəfədir ki, belə hal qeydə alınır:

“Ötən illərdə avqustun sonunda yalnız sulu qar müşahidə olunmuşdu. Bir gecə ərzində respublikanın bir sıra rayonlarında düşən yağıntının miqdarı adətən, ay ərzində düşən yağıntının miqdarına bərabər olub. Bəzi rayonlarda, xüsusən Böyük Qafqazın ayrı-ayrı ərazilərində, bəzi Aran rayonlarında, hətta paytaxt Bakıya düşən yağıntının miqdarı aylıq normadan çox olub. Güclü külək respublikanın əsasən Kür vadisi rayonlarında qeydə alınıb. Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 31 metrə, Xəzərdə dalğanın hündürlüyü isə 5,3 metrə qədər çatıb.

Yağıntılı hava şəraiti respublikanın rayonlarında fasilələrlə davam edəcək. Yağıntıların kəsilməsi avqustun 24-ü səhər saatlarından gözlənilir”.

Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: