Sorğu
Оцените работу движка

14 Yan 11:51Hava

Azərbaycanda havanın sabitləşəcəyi vaxt açıqlandı

Azərbaycanda havanın sabitləşəcəyi vaxt açıqlandı

"Bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntının kəsilməsi proqnozlaşdırılır".

Respublikaxeber.az xəbər verir ki, bunu Manset.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yarım sutka ərzində ölkəyə düşən yağıntının miqdarı yarım aylıq normaya uyğun olub: "Qar örtüyünün hündürlüyü isə 22 sm təşkil edib. Bu gün də yağıntılar davam edəcək və nəticədə daha yüksək qar örtüyü müşahidə ediləcək. Bununla belə, proses qısamüddətlidir".

U.Tağıyeva bildirib ki, şimal küləyinin sürəti rayonlarda 28, Bakıda 27 metrə qədər artıb: "Axşama doğru güclü şimal-qərb küləyi arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Yanvarın 15-də günün ikinci yarısında şimal-qərb küləyi yenidən güclənəcək. Yaxın günlərin hava şəraitini səciyyələndirsək, tez-tez güclü şimal küləyinin güclü cənub küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin də kəskin tərəddüdü gözlənilir. Belə hava şəraiti də meteohəssas insanlar üçün nisbətən əlverişsizdir".
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: