Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
08 Sen 16:03Hava
Yağıntılı, küləkli hava sabahdan sabitləşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hazırkı hava şəraitini açıqlayıb.
KONKRET.az-a istinadən xəbər verir ki, Xidmətin sentyabrın 8-i saat 12:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Lənkəran-Astara və Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub. Yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz), Balakənçay və Talaçaydan (Zaqatala) sel keçib. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Düşən yağışın miqdarı Lənkəranda 71.0 mm (aylıq normanın 42 %-i), Astarada 59.0 mm (aylıq normanın 30 %-i), Lerikdə 40.0 mm (aylıq normanın 58 %-i), Kişçayda (Şəki) 39.0 mm (aylıq normanın 37 %-i), Şinçayda (Şəki) 32.0 mm (aylıq normanın 47 %-i), Yardımlıda 29.0 mm (aylıq normanın 37 %-i), Əyriçay Başdaşağılda (Oğuz) 27.0 mm (aylıq normanın 37 %-i), Şəkidə 25.0 mm (aylıq normanın 37 %-i), Qubada 20.0 mm (aylıq normanın 32 %-i), Zaqatalada 18.0 mm, Qusarda 14.0 mm (aylıq normanın 29 %-i), Sarıbaşda (Qax) 13.0 mm, Şahdağda 11.0 mm, Nabranda 10.0 mm, Balakən, Qrızda 7.0 mm, Xınalıqda 6.0 mm, Şabranda 5.0 mm, Xaltan, Şabran, Altıağacda 3.0 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Şirvan, Göytəpə, Kəlvəz, Yevlaxda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Binə, Bakıda 1.0 mm-dək olub.
Şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Tərtər, Salyanda 25 m/s, Ağdamda 22 m/s, Neftçala, Hacıqabul, Şirvanda 20 m/s, Gəncədə 18 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Qum adasında 23 m/s, Binədə 21 m/s, Pirallahıda 20 m/s, Maştağa, Çılov adası, Neft Daşlarında 19 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.2 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı, küləkli hava şəraiti sentyabrın 9-dan sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi