Sorğu
Оцените работу движка

14 May 14:24Hadise

Azərbaycanda İNANILMAZ HADİSƏ! Qadın ərinin pulunu xərclədi, polisi aldatdı

Binə qəsəbəsi sakini olan qadının quldurluqla bağlı polisə yalan məlumat verməsi aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10:00 radələrində evinə girmiş iki maskalı şəxsin onu bıçaqla hədələyib oradan 5100 ABŞ dolları apardığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmayıb. Qadının pulu xərclədiyi və ərindən qorxduğu üçün polisə yalan məlumat verdiyi müəyyən edilib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: