Sorğu
Оцените работу движка

15 Mar 21:53Hadise

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb- FOTO - YENİLƏNİB-2

Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb.

FHN-dən RESPUBLİKAXƏBƏR.AZ-a bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi, o cümlədən xüsusi təyinatlı avtonərdivanın operativ tətbiqi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 7kv.m sahədə, mətbəx mebeli 3p.m, 1 ədəd paltaryuyan və 1 ədəd kondisioner qismən yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

***

00.10

Bakıda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində başlayan yanğın söndürülüb.

RESPUBLİKAXƏBƏR.AZ-ın məlumatına görə, hadisə yerində olan APA-nın müxbiri xəbər verir ki, yanğın baş verən əraziyə polis naryadı və TTY briqadası cəlb edilib, bina sakinləri təxliyə olunub. Təxliyə edilənlər arasında yanan mənzilin kirayəçiləri də var.

***

23.49

Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

RESPUBLİKAXƏBƏR.AZ-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb- FOTO - YENİLƏNİB-2
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb- FOTO - YENİLƏNİB-2
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb- FOTO - YENİLƏNİB-2
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb- FOTO - YENİLƏNİB-2
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb- FOTO - YENİLƏNİB-2
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb- FOTO - YENİLƏNİB-2

Əlavə məlumat veriləcək

RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi