Sorğu
Оцените работу движка

20 Dek 00:30Hadise

Şəkidəki qəzada ölən azyaşlıların kimliyi məlum olub - YENİLƏNİB

RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, Şəkidə baş verən ağır yol qəzasında ölən azyaşlıların kimliyi məlum olub.

RESPUBLİKAXƏBƏR.AZ-ın məlumatına görə, qəza zamanı hadisə yerində ölən azyaşlılar rayonun Çayqaraqoyunlu kənd sakinləridir.


Bunlar 2016-cı il təvəllüdlü Elşad Mikayıl oğlu Həşimov və 2013-cü il təvəllüdlü Çiçək Cəmil qızı Əhmədovadır.

***

21.37

Şəkidə ağır yol qəzası baş verib, iki azyaşlı hadisə yerində ölüb, daha altı nəfər xəsarət alıb.

RESPUBLİKAXƏBƏR.AZ-ın məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi "VAZ-21013" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Qəza zamanı avtomobildə olan və hələki şəxsiyyəti dəqiqləşməyən iki azyaşlı hadisə yerində ölüb. Daha 6 nəfər isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

RESPUBLİKAXƏBƏR.AZ

Faktla bağlı araşdırma aparılır.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi