Sorğu
Оцените работу движка

18 Noy 11:01Hadise

Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı 3 nəfər xəsarət alıb.

Respublikaxəbər.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Sakit Qocayev küçəsində “Toyota” markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Orxan Abbasov stop nişanına məhəl qoymayaraq sürətlə əsas yola daxil olub. Bu zaman əsas yolda olan “VAZ-2107” markalı avtomobil “Toyota”ya dəyərək aşıb. Aşan nəqliyyat vasitəsi baş yolda sola dönmək istəyən Cavidan Məmmədovun idarəetməsində olan “Mercedes”ə çırpılıb. Qəza nəticəsində “Toyota”nın sürücüsü O. Abbasov və sərnişinlər - 1998-ci il təvəllüdlü Elvin Həsənli, 1974-cü il təvəllüdlü Vadim Limocenko ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin təhqiqatçısı hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. Hər üç avtomobil cərimə meydançasına yerləşdirilib.

Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi