Sorğu
Оцените работу движка

04 Avq 09:51Hadise

FHN: Xırdalanda yaşayış binasındakı partlayış qaz sızmasından olub - VİDEO

FHN: Xırdalanda yaşayış binasındakı partlayış qaz sızmasından olub - VİDEO

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Respublikaxəbər.az APA-ya istinad olaraq verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, partlayış ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.

Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Baş vermiş hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda vəziyyətləri ağır stabildir.

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Əlavə məlumat veriləcək.

***

Saat 22:38
Xırdalanda yaşayış b
inasında baş verən partlayışda iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, yaralılar Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Saat 22:18

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Xırdalan şəhərində yaşayış binasında partlayış baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində olub.

İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.

Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi