Sorğu
Оцените работу движка

11 İyl 11:05Hadise

Xocavənddə xarici şirkətin yük avtomobilini oğurlayanların istintaqı başa çatıb

Xocavənddə xarici şirkətin yük avtomobilini oğurlayanların istintaqı başa çatıb

Xocavənddə xarici şirkətə məxsus yük avtomobilini oğurlamaqda təqsirləndirilən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Respublikaxəbər.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.

Qeyd edək ki, Xocavənd Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindən xarici şirkətlərdən birinə məxsus nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Xocavənd RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə “Hovo” markalı yük maşınını oğurlamaqda şübhəli bilinən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər əvvəlcədən razılaşaraq şirkətin olduğu yerə gəliblər və bir müddət sonra nəqliyyat vasitəsini rayon ərazisindən oğurlayaraq Sumqayıt şəhərinə aparıblar. Polis əməkdaşları tərəfindən avtomobilin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi