Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
06 Apr 17:20Hadise
Restoranda arvadını döyən polis cəzalandırıldı
“Altun Saray” şadlıq evinin həyətində arvadını döyən polis serjantının məhkəməsi keçirilib.
Respublikaxeber.az-ın “Kriminalqafqaz”a istinadən məlumatına görə, hadisə 30 dekabr 2021-ci ildə baş verib. Belə ki, aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı polis Pərviz Sultanov (soyad şərtidir) əli ilə həyat yoldaşı Günel Sultanovanın (soyad şərtidir) baş və üz nahiyyəsinə zərbələr endirərək ona xəsarət yetirib. Nəticədə G.Sultanovanın burnu sınıb.
Məhkəmədə ifadə verən təqsirləndirilən Pərviz Sultanov bildirib ki, Günel ona yalan danışdığı üçün əsəbləşib və vurub. Məqsədi ona xəsarət yetirmək olmayıb: “Biz Günellə uzaq qohumuq. İki il onunla sevgili olandan sonra nişanlandıq və toya hazırlaşanda atasının təkidi ilə rəsmi nikaha girdik. Lakin daha sonra pandemiya səbəbi ilə toy edə bilmədik. Rəsmi olaraq evli olsaq da, birlikdə yaşamırdıq.
Hadisə baş verməzdən bir neçə gün əvvəl Günel mənə dedi ki, iş yoldaşları ilə birlikdə “Altun Saray” şadlıq evində tədbir keçirəcəklər. Mən buna razılıq verməsəm də, o məni razı salmağa çalışdı. Bildirdi ki, ilin son maaşını da müdir məhz həmin tədbirdə verəcək. Pula ehtiyacı olduğunu dediyi üçün razılaşdım. Lakin ona dedim ki, saat 21:30-da tədbirdən çıxar və özüm onu gəlib aparacam. O da razılaşdı”.
Pərviz Sultanovun sözlərinə görə, Günel ona söz verdiyi vaxtda tədbirdən çıxmayıb: “Dediyim saatda mən şadlıq sarayının həyətində olsam da, o çıxmadı. Pəncərdən baxarkən gördüm ki, şadlıq sarayının içində yad adamlar da var. Amma Günel mənə demişdi ki, sadəcə öz iş yoldaşları olacaq. Ona zəng edib çıxmasını desəm də, Günel 25-30 dəqiqə sonra çölə çıxdı. Mən ondan dəfələrlə zəng etdiyim halda hansı səbəbdən telefonu açmadığını soruşanda dedi ki. Çox səs-küy olduğuna görə, eşitməyib. Daha sonra isə çoxdan çöldə məni gözlədiyini dedi. Onun yalan danışmağı məni daha da əsəbləşdirdi və mən əlimlə onun üzünə vurdum. Günel özünü pis hiss etdiyi üçün taksiyə minərək onu evlərinə apardım. Daha sonra eşitdim ki, məndən şikayətçi olub. Onunla barışmağa cəhd etsəm də alınmadı”.
Hadisə zamanı xəsarət alan Günel Sultanova məhkəmədə verdiyi ifadədə bildirib ki, tədbirdə iştirak etmək üçün bir həftə əvvəldən Pərvizdən icazə alıb və o da razılaşıb: “Getməyimə icazə verdi və dedi ki, saat 22:00-da məni götürəcək. Mən də iş yoldaşlarımla sağollaşıb çölə çıxanda gördüm ki, Pərviz əsəbi halda mənim tərəfə gəlir. Sonra qolumdan tutub itələyərək məni şadlıq sarayının arxa hissəsinə apardı. Bu zaman əli ilə başıma vurdu. Daha sonra mənimlə mübahisə etməyə başladı. Nalıayiq söyüşlər söyərək üzümə və başıma şillələr vurdu. Mən üzümdə və burnumda şiddətli ağrılar hiss etdim. Orada heç kim yox idi. Sonra məni taksiyə mindirərək evimizə gətirdi. Taksi pulu olaraq məndən 10 manat da aldı. Evə gələndən sonra valideynlərim mənim vəziyyətimi gördükdə Pərviz onlarla da mübahisə edərək “əcəb edib döymüşəm” dedi”.
Günelin sözlərinə görə, Pərviz bundan öncə də onu döyüb: “Daha öncə də dəfələrlə məni döyüb və təhqir etmişdi. Lakin mən bunu anam və atama deməmişdim. Axrıncı davranışından sonra ondan şikayətçi olmaq və nigahın pozulması üçün müraciət etmək qərarına gəldim”.
Pərviz Sultanov 2022-ci il yanvarın 6-da işdən çıxarılıb. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən Pərviz Sultanov CM-nin 128-ci maddəsində (Qəsdən sağlamlığa yüngül zərər vurma) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona elektron nəzarət vasitəsini gəzdirmək tələbi qoyulub.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi