Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Fev 12:44Hadise
Azərbaycanda polis sərxoş vəziyyətdə avtomobillə piyadanı vuraraq öldürdü
Xaçmaz rayonunda piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Feyruz Ağamalıyevə hökm oxunub və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
RESPUBLİKAXEBER.AZ report-a istinafən xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunubHökmə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılıb.
F.Ağamalıyev ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Xızı Rayon Polis Şöbəsinin təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı F.Ağamalıyev alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobil idarə edib, yol hərəkəti qaydalarını pozub və piyadanın vuraraq öldürüb. Daha sonra o, hadisə yerindən qaçıb.
Hadisə 2021-ci ilin avqustun 1-də Nabran-Xudat avtomobil yolunun Xaçmaz rayonunun Nabran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham irəli sürülüb, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Məhkəmədə ifadə verən F.Ağamalıyev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, dindirilən zaman 1 avqust 2021-ci il tarixdən 30 günlük növbəti məzuniyyətə buraxıldığını deyib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi