Sorğu
Оцените работу движка

20 Yan 14:27Hadise

Bakıda daha 5 nəfər saxlanıldı - 10 kq-dan çox narkotik götürüldü

Bakıda daha 5 nəfər saxlanıldı - 10 kq-dan çox narkotik götürüldü

Bakının Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfərdən 10 kiloqramdan çox narkotik vasitə götürülüb.

Respublikaxeber.az xəbər verir ki, Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Şöbəsinə (PŞ) daxil olan əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəlcə paytaxt sakini Asif Niyazov tutulub.

Onun üzərindən, eləcə də evindən ümumilikdə 10 kiloqram 200 qram heroin və marixuana aşkar olunub. Həyata keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ruslan Aslanov, Rəşad Hüseynov, Rəşad Pənahov və əvvəllər məhkum olunmuş Məhəmməd Nəcəfov saxlanılıblar.

Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Bu şəxslərin hər biri barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

“Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir”, – məlumatda qeyd olunub.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi