Sorğu
Оцените работу движка

21 Dek 18:18Hadise

Narkotikin onlayn satışı ilə məşğul olan 2 nəfər tutuldu

Narkotikin onlayn satışı ilə məşğul olan 2 nəfər tutuldu
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Respublikaxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, həyata keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha iki nəfər – paytaxt sakini Cabir Əliməmmədov və əvvəllər məhkum olunmuş Azər Kərimov tutulublar.

Onların üzərindən 42 bükümdə çəkisi 50 qrama yaxın satış üçün qablaşdırılan heroin və metamfetamin aşkar edilib. Araşdırma zamanı həmin şəxslər narkotik vasitələri onlayn yolla satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından aldıqlarını bildiriblər.

Qeyd edək ki, C.Əliməmmədov və A.Kərimov Bakı şəhərində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Təqdim edilən faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi