Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Avq 18:19Hadise
Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən reket jurnalistlər tutulub
Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən “jurnalistlər” cinayət başında yaxalanıb.
Respublikaxeber.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, müxtəlif qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə vətəndaşların hüquqlarını pozan və bu yolla qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlərdən biri zamanı Abdullayev Sənan Həsən oğlu və Atayev İlqar Əliabbas oğlu saxlanılıb.
Adı çəkilən şəxslərin qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 10 avqust 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Aparılan əməliyyat-istintaq tədbirləri ilə Sənan Abdullayevin 24 dekabr 2012-ci il tarixdə “YouTube” üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yaymasına, həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə RİH-nin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
Sənan Abdullayev və İlqar Atayev 10 avqust 2021-ci il tarixdə cinayət əməlini törədərkən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılıb və Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi