Sorğu
Оцените работу движка

09 Noy 15:14Dunya

İtaliyanın Roma və Piza şəhərlərində Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib - FOTO

İtaliyanın Roma və Piza şəhərlərində Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib - FOTO




İtaliya – Azərbaycan Birliyinin təşəbbüsü ilə 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar İtaliyanın Roma və Piza şəhərində tədbir keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

İtaliyada təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın Azərbaycanın işğal olunmuş torpaqlarında yenidən dalğalanmasının dünyada yaşayan azərbaycanlılara sevinc və fərəh hissi bəxş etdiyi vurğulanıb.

Roma şəhərində “The Fontana della Dea Roma” meydanında italiyalı musiqiçilərin müşayiətilə “Ay Laçın” mahnısını ifa edən gənclər şəhər sakinlərinin diqqətini çəkiblər.

Tədbir iştirakçıları işğalçı Ermənistan ordusunun hərbi təxribatlarına, Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vandalizm aktlarına, münaqişə bölgəsindən uzaqda yerləşən günahsız insanların, körpə uşaqların qətlə yetirilməsinə, mülki obyektlərin dağıdılmasına dair hazırlanan məlumatverici lövhələr, plakatlar vasitəsilə Qarabağ həqiqətlərini İtaliya cəmiyyətinin diqqətinə çatdırmağa çalışıblar.

Gəncə və Bərdə şəhərlərində, eləcə də, digər yaşayış məntəqələrində erməni terrorunun qurbanı olmuş şəxslərin xatirəsi yad edilib.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi