Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Sen 09:47Dunya
Bloomberg: Piylənmə dünyada yeni pandemiyaya səbəb ola bilər
“Milyonlarla insan sağlam qida əldə etmək imkanını itirir ki, bu da dünyada piylənmə problemini daha da artırır. Bu, nəticə etibarı ilə yeni qlobal pandemiyaya səbəb ola bilər”.
Respublikaxəbər.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Bloomberg-in yaydığı məlumatda bildirilib.
BMT-nin proqnozlarına istinadən qeyd edilib ki, bu ilin sonunadək 130 milyondan çox insan aclıqla üzləşəcək, lakin bu inkişaf etmiş ölkələrdə daha ciddi təhlükə yaradacaq: “Koronavirus pandemiyası zamanı dünyada insanların gəlirləri azaldı və bu səbəbdən onlar qənaət etmək məqsədilə ucuz, zərərli qidalara, xüsusən də “fast-food” qidalarına üstünlük vermək məcburiyyətində qaldılar”.
Məlumatda bildirilib ki, hazırda artıq çəkidən əziyyət çəkən insanların sayı ac insanlardan dəfələrlə çoxdur, bu, xüsusilə, inkişaf etmiş ölkələrdə nəzərə çarpır: “Məsələn, britaniyalıların üçdə ikisi hal-hazırda artıq çəkilə və piylidir. Nəticədə, ölkədə hər yeddi ölümdən biri zərərli pəhriz səbəbindən baş verir. Artıq çəkili insanların şəkərli diabet, ürək-damar və onkoloji xəstəliklərə daha çox meylli olduqları aydınlaşdırılıb”.
Qeyd edilib ki, BMT-nin hesablamalarına görə, dünyada 3 milyard insan sağlam pəhriz saxlaya bilmir və nəticədə artıq çəkiyə meyllilik yaranır və bu da öz növbəsində yeni pandemiyanın baş verəcəyini şərtləndirir.
Xüsusi olaraq vurğulanıb ki, tədbir görülməsə, artıq çəki və ortaya çıxan sağlamlıq problemləri səbəbindən yaxın on ildə dünyada səhiyyə xərcləri ildə 1,3 trilyon dollar artacaq.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi