Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
28 Avq 09:27Dunya
Hansı smartfon ekranının insan üçün zərərli olduğu açıqlandı
Müasir smartfonların əksəriyyəti orqanik işıq-diod texnologiyası əsasında hazırlanmış “OLED-ekran”lardan istifadə edir. Bir çox araşdırmaların nəticələrinə görə, “OLED-ekran”ların parlaqlığı tənzimləmə xüsusiyyətləri səbəbindən onlardan istifadə edəndən bir müddət sonra insanlarda baş ağrısı, yorğunluq və gözdə quruluq yaranır.
“Praym”ın məlumatına görə, bu barədə Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bildirib.
“Bu ekranlardakı parlaqlıq faktiki olaraq həmişə 100 faiz təşkil edir, istifadəçi onu aşağı saldıqda (bunu çox vaxt geniş-impuls modulyasiyası hesabına edir), ekranın arxa işığı onun səviyyəsinə uyğun müəyyən tezlikdə sayrışmağa başlayır. Parlaqlıq nə qədər aşağı olsa - ekranın pulsasiyası o qədər aydın olur və gözlər daha çox yorulur. Ekranın sayrışması insan gözü ilə görünmür, ancaq başqa bir smartfonun kamerası ona yönləndirilsə, bunu görmək mümkündür”, - deyə ekspert izah edib.
Gözlərin “OLED-ekranı”ndan yorulduğu görülsə, onun maksimuma yaxın bir parlaqlıqda istifadə edilməsi yaxşı olar, çünki sayrışma daha az olacaq. Bununla belə, parlaqlıq otaq üçün həddindən artıq ola bilər.
“Bəzi smartfonlarda quraşdırılmış proqram həlləri də var, məsələn, “Android”də “DC Dimming” və “iOS”da “Ağ nöqtəni azaltma”. Onlardan istifadə edərkən ekran demək olar ki, tamamilə sayrışmanı dayandırır. Bununla belə rəng ötürməsi pozula bilər”, - deyə Qritsenko qeyd edir.
Başqa bir variant, “iPhone XR”, “Xiaomi”, “Huawei” markalı smartfonların bəzi modelləri kimi “IPS” ekrana sahib smartfondan istifadə etməkdir. “IPS” - ağıllı telefonlarda geniş istifadə olunan maye kristal ekran texnologiyasıdır.
“IPS-ekran”lar “OLED-ekran”lardan daha ucuzdur, lakin daha qalındır və daha az doymuş rəng ötürür. Ayrıca, “IPS-panel”lər solmaya məruz qalmır, “OLED-ekran”lar isə zamanla parlaqlığını dəyişir və bəzi piksellər digərlərindən daha parlaq ola bilər”, - deyə Qritsenko əlavə edib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib