Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 Avq 09:59Dunya
Lavrov: "Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişənin əsasında Dağlıq Qarabağ probleminin həll olunmaması dayanır"
İyulda Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişənin əsasında Dağlıq Qarabağ probleminin həll olunmaması dayanır.
Respublikaxəbər.az-ın verdiyi məlumata görə, bunu "Trud" qəzetinə müsahibəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
"Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinin arxasında nə dayanır və bunun genişmiqyaslı hərbi münaqişəyə çevrilmək ehtimalı nə qədərdir?", - sualına Rusiya XİN başçısı belə cavab verib:
"İyulun 12-16-da baş verən sərhəd münaqişəsi bizim vasitəçiliyimizlə hazırlanan atəşkəs haqqında 1994-cü il Sazişinin 2016-cı ilin aprel müharibəsindən sonra ikinci daha irimiqyaslı pozuntusu oldu. Bununla yanaşı, artilleriya, qumbaraatanlar və hücum dronlarının istifadə olunduğu yüksək intensivli toqquşmalar son 26 ildə ilk dəfə Qarabağda təmas xəttində deyil, birbaşa Azərbaycan və Ermənistanın dövlət sərhədindəki məntəqədə baş verdi.
Bir sıra kompleks səbəblər münaqişəyə gətirib çıxardı. Əlbəttə ki, bunun əsasında Qarabağ münaqişəsinin həll olunmaması dayanır. Üstəlik, sərhədin hər iki tərəfində ictimai məkanın həddindən çox qızışması... Çoğrafi amil də bir növ tətikləyici rol oynadı: Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhədyanı Nəzarət Keçid Məntəqəsini yenidən bərpa etmək qərarı bir tərəfdə yüksək narahatlıq yaratdı, digər tərəfin əsassız cavab reaksiyası və yekunda ən gözlənilməz nəticələrlə qarşıdurma çarxını hərəkətə başlatdı.
Vəziyyəti stabilləşdirmək üçün iyulun 13-də Rusiya XİN tərəflərə dərhal atəşi dayandırmaq çağırışı ilə müraciət etdi. Azərbaycan və Ermənistandan olan həmkarlarla telefon danışıqları apardı, Azərbaycan və erməni millətindən olan Rusiya vətəndaşlarını birləşdirən təşkilatların nümayəndələri ilə görüşdü.
Hər iki diaspor həm Rusiya Federasiyasının qanunlarına əməl etmək, həm də Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına şərait yaratmağa kömək etmək üçün öz məsuliyyətlərini dərk etməlidir.
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bütün bu vaxt ərzində hər iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri ilə birbaşa əlaqədə olub. Nəticədə, fəal Rusiya vasitəçiliyi ilə, ilk cəhddə olmasa da, 16 iyulda atəşkəs əldə edildi", - deyə rusiyalı nazir vurğulayıb.
Lavrov avqust ayında vəziyyətin bir az stabilləşdiyini qeyd edib: "Sərhəddə və qoşunların təmas xəttində nisbi sakitlikdir. Qarşılıqlı ictimai ittihamlar azalıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin tezliklə bərpa olunacağına ümid edirik. ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla birgə bunun üzərində işləyirik".
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ