Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Avq 17:37Dunya
İspan qəzeti: “Azərbaycan hər an Ermənistanın hərbi təxribatı və terroru ilə üzləşə bilər”
Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosiasiyasının (ACAE) prezidenti Fərid Mustafayev İspaniyanın “LA ÚLTIMA” qəzetinə müsahibəsində ermənilərin Dağlıq Qarabağı işğal etməsini sərt şəkildə pisləyib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Azərbaycan torpaqlarının 20 faizinin uzun illərdir Ermənistanın işğalı altında saxlanıldığına diqqəti cəlb edən ACAE prezidenti qeyd edib ki, bu təcavüzkar ölkə beynəlxalq təşkilatların torpaqlarımızın dərhal və qeyd-şərtsiz azad olunmasına dair qərar və qətnamələrinə məhəl qoymur: “Əksinə, işğal olunmuş və sərhədyanı bölgələrdən Azərbaycanı atəşə tuturlar və bu da nəinki hərbçilərin, hətta mülki insanların həlak olmasına səbəb olur”.
Buna misal olaraq Ermənistanın iyul təxribatlarını xatırladan F.Mustafayev qeyd edib ki, sülhsevər Azərbaycan hər an bu işğalçı ölkənin hərbi təxribatları və terroru ilə üzləşə bilər.
O, qeyd edib ki, Avropa Birliyi və bu qurumun üzvü olan İspaniya hər bir ölkənin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq prinsipinə hörmətlə yanaşır: “Bütün demokratik və inkişaf etmiş ölkələr bunu gözəl bilirlər və bu prinsipi dəstəkləyirlər”.
ACEA sədri deyib ki, pandemiya dövründə Azərbaycan koronavirusa qalib gəlmək üçün bütün zəruri addımları atıb: “Yeni modul tipli xəstəxanaların quraşdırılması, yeni tənəffüs aparatlarının alınması və sair tədbirlər Prezident İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilir. Hazırda Azərbaycanda virusa yoluxanların sayı xeyli azalıb”.
O, qeyd edib ki, çox qədim tarixə, ənənələrə, güclü iqtisadiyyata, turizm sahəsində böyük imkanlara malik olan Azərbaycan xarici sərmayənin qoyulması üçün münbit ölkədir və bir çox böyük şirkətlər uzun illərdir burada fəaliyyət göstərir.
“Mən əminəm ki, ispanlar və ya avropalılar üçün Azərbaycan tarixi-memarlıq abidələri, əsrarəngiz təbiəti və mətbəxi ilə maraqlı ölkədir. ACAE olaraq biz Azərbaycanda turizmin inkişafı üçün ardıcıl tədbirlər görməkdəyik”, - deyə F.Mustafayev bildirib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ