Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 Avq 17:42Dunya
Avropada koronavirusun ikinci dalğası başlayır, məhdudiyyətlər qayıdır
Ötən ilin dekabr ayında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusla dünya təşvişə düşdü. Təəssüflər olsun ki, Azərbaycan ərazisində də COVID-19-a yoluxma halları qeydə alındı.
Son zamanlar ekspertlər koronavirusla mübarizədə həyəcan təbili çalır və infeksiyanın ikinci dalğasının başlanması ilə bağlı xəbərdarlıq edirlər.
Artıq dünyada bu virusa yoluxanların sayı 18 milyon 739 min 413 nəfəri keçib. Təhlükəyə qarşı daha ciddi addımlar atılması vacibdir.
Bir sıra ölkələr karantin rejimini daha tez ləğv etdiyinə görə ölüm hallarının sayı artdı. Avropanın müxtəlif ölkələrində mütəxəssislər ikinci dalğa ilə bağlı narahatlıqlarını bildirirlər.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib ki, koronavirus səbəbindən məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tam pozub.
O əlavə edib ki, dünyada azı 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum olub. Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi reallaşdırılsa da, bu imkanlar bütün şagirdlərə çatdırıla bilməyib. Pandemiyadan əvvəl 250 milyondan çox məktəb yaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dörddə biri lazımi əsas bacarıqları alaraq, məktəbi bitirib.
Estoniyada da vəziyyət gərgindir. Qurumun rəyinə görə, artıq bu ölkədə COVID-19 pandemiyasının ikinci dalğasının başlandığı qeyd olunur. Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş nazir Yuri Ratas bildirmişdi ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl həmin rəqəm 1,0 idi.
Almaniya Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının başlandığını elan edib. Təşkilat bildirib ki, Almaniya koronavirusun yayılmasının ikinci dalğasının başlanğıcındadır və vəziyyət yalnız iki-üç həftədən sonra dəqiq bilinəcək. Mütəxəsislər bunun xaricə gedən və ya məzuniyyətə çıxan vətəndaşların geri qayıtması ilə əlaqəli olduğunu bildiriblər. Onların fikrincə, hər iki amil Almaniyada infeksiyanın yayılma ehtimalını gücləndirir.
“University College London” və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları İngiltərədə daha güclü ikinci COVID-19 dalğasının olacağını xəbər verirlər. Bildirilir ki, ölkədə daha yaxşı sınaq və izləmə sistemi olmadan məktəblər yenidən fəaliyyətə başlayarsa, sakinlər qışda orijinal yayılma vəziyyətindən ikiqat daha ağır olan ikinci COVID-19 dalğası ilə üz-üzə qalacaq.
İngilis elm adamlarının araşdırmasında deyilir ki, Böyük Britaniyada məktəblər sentyabr ayında tam işləmə rejiminə keçərsə, bu, 2020-ci ilin dekabrında ikinci böyük dalğaya səbəb olacaq.
Alimlər məktəblərin necə açılacağını - tam və ya yarım-fasiləsiz, habelə həftənin müxtəlif günlərində məktəbə davamiyyətin paylanmasını nəzərə alaraq, payız-qış mövsümündə koronavirusun yayılmasının altı fərqli ssenarisini modelləşdiriblər.
Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Elmi Şura hesab edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq.
“Le Figaro” qəzeti çərşənbə axşamı şuranın açıqlamasından sitat gətirib: “Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir”.
“Worldometers” portalının verdiyi məlumata görə, Fransada COVID-19 xəstəliyinin başlamasından ötən dövr ərzində 190 mindən çox yoluxma faktı qeydə alınıb.
Qeyd edək ki, hazırda yoluxma sayına görə, ABŞ, Braziliya, Hindistan, Rusiya, Cənubi Afrika, Meksika, Peru, Çili, İspaniya, Kolumbiya ilk onluqdadır.
Avqustun 3-də Fransanın Baş naziri Jan Kasteks koronavirusun hələ də bütün ölkədə yayıldığına görə, rahatlanmamalı və sayıqlığı itirilməməli olduqlarını söyləyib.
“Worldometers” portalının verdiyi məlumata görə, Fransada COVID-19 xəstəliyinin başlamasından ötən dövr ərzində 190 mindən çox xəstəlik halı qeydə alınıb, 30 minə yaxın yoluxan şəxs ölüb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ