Sorğu
Оцените работу движка

05 Mar 17:22Dunya

Məşhur qrup 25 min ukraynalını ərzaqla təmin edəcək

Məşhur qrup 25 min ukraynalını ərzaqla təmin edəcək

Dünyaca məşhur "Metallica" qrupu Ukraynaya dəstək olub.

Respublikaxeber.az xəbər verir ki, musiqi qrupu ukraynalı miqrantlara yemək yardımı edən "World Central Kitchen"a (Müharibə və təbii fəlakətdən əziyyət çəkən insanlara qida yardımı göstərən və heç bir təmənna gözləməyən qurum) ianə edib.

100 min dollar (170 min AZN) məbləğində olan ianə vasitəsilə 25 min ukraynalı ərzaq və qida ilə təmin olunacaq.

Qeyd edək ki, martın 1-də Hollivudun məşhur cütlüyü Rayan Reynoldsla həyat yoldaşı Bleyk Layvli də Ukraynaya yardım edib. Onların rekord yardımının dəyəri 1 milyon dollar (təxminən 1 milyon 700 min AZN) olub.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi