Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 İyl 11:02Dunya
Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - FOTO
“Pandemiya dövründə insanların sanki kabusuna çevrilmiş bir termin var - “buzlu şüşə” mənzərəsi. Bəzən bunu “buz kristalı”, “buz parçası” da adlandırırlar. Bu görüntü əvvəl adı və səslənməsi ilə insanlarda təlaş, narahatlıq yaradır”.
Respublikaxəbər.az xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova “buzlu şüşə”nin mahiyyətindən danışarkən deyib.
Həkimin sözlərinə görə, bəzən normal hallarda da “buzlu şüşə” mənzərəsi radioloji görüntülərdə izlənilə bilər:
“Məsələn, müayinə zamanı xəstə dərindən nəfəs almazsa və ya müayinə nəfəsvermədə aparılarsa, ağciyərin havalılığının fizioloji ekspirator zəifləməsi səbəbindən bütün ağciyər sahələri homogen olmaqla “buzlu şüşə” görüntüsü verə bilər.
Hazırda “buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Bu, o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür.
Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır.
“Buzlu şüşə” xəstəliyin 3-4-cü günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir”.
Radioloq qeyd edib ki, indi onlara ən çox verilən sual “buzlu şüşə” görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır.
“Bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dövründə uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir.
“Buzlu şüşə” görüntüsü döş qəfəsinin rentgenoqrafiya və KT müayinələrində aşkar edilir. Lakin bu məsələdə rentgenoqrafiya müayinəsinin həssaslığı aşağıdır. Ona görə də yoluxmanın ilk 1-4-cü günlərində rentgenoqram 25 faiz hallarda tam normal ola bilər. Bu, pnevmoniyanın olmaması demək deyil. “Buzlu şüşə”nin KT müayinəsində görülməsi daha spesifikdir”, - deyə həkim bildirib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi