Sorğu
Оцените работу движка

18 İyn 09:03Dunya

Testdən keçmədən koronavirusu müəyyən etmək mümkün olub

Testdən keçmədən koronavirusu müəyyən etmək mümkün olub
ABŞ-da yerləşən məşhur Klivlend klinikasının alimləri testdən keçmədən koronavirus infeksiyasını proqnozlaşdırmağı və müvafiq diaqnoz qoymağı öyrəniblər.

Bu barədə “Chest” jurnalında məqalə dərc olunub.

Problemin tədqiqi çərçivəsində COVID-19-a yoluxan 12 min pasiyentin xəstəlik tarixçələrinin təhlili aparılıb. Araşdırma əsasında koronavirusdan effektiv qorunma üsullarını izah edən qanunauyğunluğu öyrəniblər. Həkimlər koronavirusun müalicəsində və profilaktikasında istifadə edilə bilən 16 preparat və üç dərman kombinasiyasını müəyyən ediblər.

“Məsələn, apardığımız araşdırmalar göstərdi ki, melatonin COVID-19 testindən müsbət nəticə almaq riskini azaldır”, - deyə, tədqiqatın rəhbəri, doktor Maykl Kattan bildirib.

Həmçinin məlum olub ki, pnevmokok və qrip peyvəndi vurulan şəxslər peyvənd almayanlara nisbətən daha aşağı yoluxma riskinə məruz qalır.

Mütəxəssislər gəldikləri nəticələrin əlavə yoxlamalara ehtiyacı olduğunu vurğulayıblar.

Qeyd edək ki, özəl klinikanın mütəxəssisləri COVID-19 xəstəliyi ehtimalını təxmin edə biləcək onlayn kalkulyator da yaradıblar. Hesablama cihazı şəxsin yaş, cins, etnik mənsubiyyəti, xroniki xəstəliklərinin olub-olmaması və yaşadığı bölgə barədə məlumatlar əsasında işləyir.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: