Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Dek 10:05Dunya
UNİSEF-in yeni rəhbəri məlum oldu
BMT-nin baş katibi Antoniu Quterreş Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNISEF) yeni icraçı direktoru vəzifəsinə amerikalı Ketrin Rasseli təyin edib.
Respublikaxeber.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın sözçüsü Stefan Dujarrik keçirdiyi brifinqdə məlumat verib.
“UNİSEF-in İcraiyyə Şurası ilə məsləhətləşmələrdən sonra BMT-nin baş katibi Antoniu Quterreş ABŞ-dan olan Ketrin Rasselin Fondun yeni direktoru vəzifəsinə təyin olunduğunu elan edib”, – deyə BMT sözçüsü bildirib.
Rassel 2018-ci ilin yanvarından UNISEF-ə rəhbərlik edən Henrietta Foru əvəz edəcək. BMT rəhbəri Fora gördüyü işlərə görə təşəkkür edib və onun rəhbərliyi altında pandemiya ilə qlobal mübarizədə, eləcə də təhsilə yanaşmaların yenidən nəzərdən keçirilməsi prosesində mühüm rol oynayan Uşaq Fondunun nailiyyətlərini etiraf edib.
“UNİSEF onun rəhbərliyi sayəsində bu gün dövlət və özəl sektorlarla geniş tərəfdaşlığa malik və Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq öhdəliyi olan bir təşkilatdır”, – Antonio Quttereş bildirib.
Ketrin Rassel innovativ inkişaf və humanitar böhranda olan qadınlar və qızlar da daxil olmaqla, dünya üzrə həssas əhali qruplarına dəstək sahəsində on illiklər təcrübəsinə malikdir.
Qeyd edək ki, Rassel hazırda ABŞ Prezidentinin köməkçisi vəzifəsində çalışır və Ağ Evin Kadrlar Şöbəsinə rəhbərlik edir. O, 2013-2017-ci illərdə ABŞ Dövlət Departamentinin Qadın problemləri ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri olub.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi