Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
01 Sen 16:20Dunya
“Ermənistan Müdafiə Nazirliyi özünü biabır etməklə məşğuldur” - AÇIQLAMA
“Şuşaya çəkilən Zəfər yolu Xankəndinə və İrəvana qədər gedib çıxar”.
Məlum olduğu kimi, Ermənistanın müdafiə naziri Arşak Karapetyan bir sıra hərbi hissələrdə olaraq, əsgərlərin məişət şəraiti və peşə hazırlığının təşkili ilə maraqlanıb.
Bu barədə Ermənistan MN mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Karapetyan bölmələrdə tədris prosesi ilə də tanış olub, hərbi hissələrdə sosial-məişət şəraitinə, habelə hərbçilərin qidalanmasının təşkili şəraitinə xüsusi diqqət yetirib. O, həmçinin komandanlığa bunu nəzarətdə saxlamağı tapşırıb.
Bundan əlavə, müdafiə idarəsinin rəhbəri üç aylıq yığımların həyata keçirildiyi bir sıra sahələrdə də olub. Karapetyan ehtiyatçılarla görüşərək, onlarla söhbət edib. Maraqlı məqam isə Karapetyanın hərbi qulluqçulara verdiyi gülünc mesaj olub. Belə ki, “Armenian News” portalının yazdığına görə, Arşak görüş əsnasındakı çıxışında “Biz müharibəni uduzmamışıq, döyüşü uduzmuşuq” – deyə hərbi qulluqçulara müraciət edib.
Görünür, məğlubiyyətdən doymayan Ermənistan və onun müdafiə naziri hələ də müharibə arzusundadır və bunun elə özlərinə baha-başa gələcəyini hələ də qəbul etmək istəmir.
Respublikaxeber.az xəbər verir ki, Mövzunu KONKRET.az-a dəyərləndirən politoloq Tural İsmaylov bildirb ki, Ermənistan müdafiə naziri öz vəzifəsinin davamlılığına şübhə edir: “Nəzərə alaq ki, uzun müddət hərbi və diplomatik sferada gəginlik davam edir. Paşinyan xarici siyasət sahəsində diplomatlara güvənmədiyi üçün uzun müddət XİN-ə rəhbər təyin edə bilmirdi. Daha sonra isə məcbur qalaraq İrəvanda təpiklənərək linç edilmiş Ararat Mirzoyan kimi hörmətsiz adamı nazir təyin etdi. Eyni zamanda, hərbi sahədə ciddi problemlər qalmaqda davam edir”.
“Ermənistan ordusunda xarici dövlətlərin agentura şəbəkəsi mövcuddur. Ona görə də Paşinyan yeni müdafiə naziri təyin etməkdə də tərədüd edirdi. Vaqarşak Arutyunyan çox qısa müddətdə nazir oldu və sonra istefa verdi, eynən XİN rəhbəri Ara Ayvazyan kimi. Beləliklə, görünür ki, Ermənistanda idarəetmə təkcə siyasi sahədə deyil, bütün sahələrdə və xüsusən orduda rüsvayçı səviyyədədir. Bu baxımdan, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın son açıqlaması daxili auditoriyaya hesablanmış boş şoudan başqa bir şey deyil”, – deyə analitik vurğulayıb.
Onun sözlərinə görə, 1995-2020-ci illərdə Ermənistanın hərbi xərcləri 7,9 milyard dollar təşkil edib, üstəlik formalaşdırdığı qondarma rejimin “xərcləri” bədbəxt olmuş dövlətin üzərinə düşüb: “Halbuki, qeyd olunan müddətdə Ermənistanın özünün iqtisadiyyatına qoyulmuş birbaşa investisiyaların həcmi təxminən 8 milyard dollar civarında olub. Bu, 2020-ci il səviyyəsi ilə Ermənistanın 2,5 illik dövlət büdcəsinə bərabərdir. Ermənistan faktiki olaraq son 25 ildə Azərbaycanın liderliyi ilə regionda həyata keçirilən bütün strateji əhəmiyyətli neft-qaz, nəqliyyat-kommunikasiya, logistika layihələrindən məhrum olmaqla özünütəcrid vəziyyətində qalıb. Bütün bu hadisələrdən yeganə qurtuluş normal, sivil qonşuluq münasibətlərini bərpa etməkdən keçir. Ermənistan Müdafiə Nazirliyi isə yaydığı “bəyanatlarla” özünü biabır etməklə məşğuldur”.
“Ermənistan ordusunun hazırda ümumi itkiləri 25 minin üzərində görünür. 40-45 min nəfərlik şəxsi heyətə malik olan Ermənistan ordusunun canlı qüvvəsinin yarıdan çoxunu itirməsi və texnikaların da 50 faizə yaxınının məhv olduğunu düşündükdə, Karapetyanın nəinki müharibədən danışmağa haqqı yoxdur, ümumiyyətlə Ermənistanın mövcudluğu sual altında proqnozlaşdırılır. Ermənistan ordusunun şəxsi heyəti və hərbi texnikasının 2/3 hissəsi məhv edilib, gorbagor olub. Bu ölkədə insan çatışmazlığı problemi də dərinləşir, boğazdan yuxarı bleflər isə Ermənistanı daha da dalana dirəyir” – İsmayılov fikrini yekunlaşdırıb.
Politoloq Məhəmməd Əsədullazadə isə KONKRET.az-a açıqlamasında Ermənistanın hazırda öz ordusunu yenidən modelizə etdiyini və bu istiqamətdə çalışdığını vurğulayıb: “Rusiya da bu prosesdə rol alır. Ümumiyyətlə, Ermənistan müdafiə naziri Arşak Karapetyana tapşırılıb ki, ordunu yenidən qursun və o da bu istiqamətdə hərbi hissələrdə olur, açıqlamalar verir. Lakin Ermənistan 30 il ərzində ordu qursa da, bu ordu 20 günə darmadağın oldu. Ona görə də Ermənistan bundan sonra əvvəlki kimi müəyyən dərəcədə hərbi texnika cəhətdən təmin olunmuş ordu qura bilməyəcək”.
“Bu baxımdan, Ermənistanın hazırda nəzərdə tutduğu revanş cəhdləri heç bir nəticə verməyəcək. Ermənistan müdafiə nazirinin bu qeydləri də yalnız daxili manipulyasiyaya xidmət edir. Çünki ilk növbədə, Azərbaycan həm müharibəni, həm də döyüşü udub. Ermənistan da müharibəni uduzub ki, 10 noyabr Bəyannaməsinə imza atıb. Əgər, onlar hesab edirlərsə ki, müharibəni uduzmayıblar, o zaman sual yaranır ki, hansı ordu ilə müharibə edəcəklər?”, – deyə politoloq əlavə edib.
Onun sözlərinə görə, Ermənistan bu siyasəti davam etdirsə, ölkə siyasi və iqtisadi cəhətdən daha da dalana dirənəcək: “Yəni, yeni müharibə Ermənistan üçün fəlakətdir və bu dövlətin süqutu ilə nəticələnə bilər. Şuşaya çəkilən Zəfər yolu Xankəndinə və İrəvana qədər gedib, çıxar”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər