Sorğu
Оцените работу движка

19 Noy 17:42Cemiyyet

Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib

Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib
Bu il üçün alınması nəzərdə tutulan 25 ədəd Almaniya istehsalı olan xüsusi təyinatlı avto nəqliyyat vasitəsinin 16-ı artıq Bakıya gətirilib, qalanları da ilin sonuna kimi gətiriləcək.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkınin yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaqdır. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir.

Bakı Şəhər Mənzil Kommunal Təsəttüfatı Departamentinin Avtonəqliyyat qarajında təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasıtələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın Mott MacDonald şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaqdır. Yeni, müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizlıyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərərək Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri olmasına yardımçı olacaqdır.









Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi