Sorğu
Оцените работу движка

17 Noy 21:07Cemiyyet

Bir qrup Bolqarıstan vətəndaşı Azərbaycan əsgərlərinə məktublar ünvanlayıb

Bir qrup Bolqarıstan vətəndaşı Azərbaycan əsgərlərinə məktublar ünvanlayıb
Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə “Əsgərə məktub” layihəsi çərçivəsində bir qrup Bolqarıstan vətəndaşı tərəfindən Azərbaycan əsgərlərinə məktublar ünvanlanıb.

XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, istedadlı bolqar rejissor, Bakıda keçirilən Beynəlxalq Teatr Konfranslarının iştirakçısı Xristo Stoyçev, Bolqarıstanın Ehtiyatda olan Serjantlar və Zabitlər İttifaqının sədri, ehtiyatda olan general Zlatan Stoykov və İttifaqın üzvü, ehtiyatda olan polkovnik Todor Enev, Bolqarıstanın Kırcali şəhərində fəaliyyət göstərən “KırcaaliHaber” qəzetinin sahibi Müzəkki Ahmed və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində “Azərbaycan dili” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə təhsil almış, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunmuş yay məktəblərinin iştirakçısı Momçil Şopov müzəffər Azərbaycan əsgərlərinə məktublar ünvanlayaraq onları Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən parlaq qələbə münasibətilə təbrik ediblər.

Məktublarda onlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycan ordusunun uğurları və qələbələrindən, eləcə də Ermənistan-Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasından məmnunluqlarını ifadə edib, müharibədə həlak olan qəhrəmanlarımızın ailələri və yaxınlarına başsağlığı bildiriblər.









Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi