Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 Sen 10:12Cemiyyet
Hər bir məsələ deyilən kimi deyil! Yanlış düşüncələr də var
Respublikaxəbər.az-ın rəhbəri Elyaz Yazan Şəki rayon məhkəməsinin hakimi Pərviz Hacıyevin hal və hərəkətlərini, eləcə də tərəflərlə davranışını müşahidə edib. Nəticədə hakimdən çox razı qalıb.
Daha ətraflı, Elyaz Yazanın ictimaiyyətə danışdığı kimi diqqətinizə çatdırırıq.
Elyaz Yazan:
Dəyərli izləyici dostlar!
Əvvəla hər birinizi salamlayıram. Əlavə olaraq, mən bir sayt rəhbəri kimi diqqətinizə çatdırım ki, redaksiyamıza müxtəlif şikayətlər daxil olur. Həmin şikayətlər, dövlət qurumlarının nümayəndələrindən və onların fəaliyyətlərindən. Belə hallara çox rast gəlirik. Həmçinin şifahi olaraq da gileylər eşidirik. Bunlardan birini də səmimiyyətimlə deyim ki, Şəki rayon məhkəməsinin hakimi Pərviz Hacıyevi deyirdilər ki, o yaxşı hakim deyil. Təbii ki, bunu deyənlər günahkar tərəflər olarlar. Çünki, doğrunu deyən sevilməz.Amma yaxşı olar ki, gözlərimizlə görmədiyimizə inanmaq, bizi nüfuzdan salar.
İndi şahidi olduğum bir məsələni qısa şəkildə diqqətinizə çatdırım.
Belə ki, Şəki ŞRPŞ-nin İB-də əmim oğlu Güliyev Cahangir Güli oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi (mülkiyyət hüququ olmadığı halda, digər şəxsə məxsus torpaq sahəsini qanunsuz zəbt etmə) ilə cinayət işi başlanaraq, toplanmış materiallar baxılması üçün Şəki rayon məhkəməsinin hakimi Pərviz Hacıyevin icraatına verilmiş və məhkəmənin hazırlıq iclası 4 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Həmin məhkəmə prosesini mən kənardan müşahidə etdim. Hakimin tərəflərlə davranışına diqqət yetirdim. Güliyev Cahangir Güli oğlu, məhkəmədən öncə qanunvericiliyə uyğun olaraq, işin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatət vermişdir. Bəzi insanlar deyirlər ki, hər şey tapşırıqladır, hakim də polis də prokuror da və hər bir qurumlar. Lakin, hakimi Pərviz Hacıyev, məhkəmə gedişatında Güliyev Cahangirin vəsatət verdiyini qarşı tərəfə bildirdi və nəzakətli şəkildə prosesi aparmağa davam etdi. Hətta məhkəmədən sonra Güliyev Cahangir Güli oğlu da hakimin nəzakətli davranmasını və tərəflərə barışmaları təklifini etməsini bildirərək, xeyli razılığını bildirdi və ayrıca olaraq, öz adından Hakim Pərviz Hacıyevin fəaliyyəti barədə AR-nın Ədliyyə nazirliyinə təşəkkür məktubu yazmağımızı xahiş etdi.
Dəyərli izləyicilər!
İnanın ki, qeyd olunanlar, tam səmimiyyətimlədir.
Ona görə də heç də birtərəfli qərar verməyək.
Odur ki, bir daha başda AR-nın Ədliyyə Naziri başda olmaqla, bütün Ədliyyə işçilərinə, ayrıca olaraq, Şəki rayon məhkəməsinin sədri başda olmaqla, Şəki rayon məhkəməsinin bütün hakimlərinə və işçilərinə, xüsusən də qanunun aliliyini və ədalətin təntənəsini rəhbər tutaraq, işə ədalətli yanaşdığına görə möhtərəm hakim, Pərviz Hacıyevə redaksiyanın rəhbəri olaraq, öncə özümün, və redaksiya heyyətimin eləcə də Güliyev Cahangir Güli oğlunun adından təşəkkürümü bildirirəm. Əlavə olaraq, surəti Şəki rayon məhkəməsinin sədrinə olmaqla, AR-nın Ədliyyə naziri cənab Fikrət Məmmədova tərəfimizdən rəsmi təşəkkür məktubu ünvanlanacaqdır.
Qoy bütün hakimlərimiz Pərviz Hacıyev kimi ədalətli və nəzakətli olsun
Hörmətlə:
Elyaz Yazan
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi