Sorğu
Оцените работу движка

17 Avq 04:07Cemiyyet

"Google" istifadə olunmamış e-poçt hesablarını silməyə başlayır: Hesabınızın silinməməsi üçün nə etməli?

“Google” şirkəti “Gmail” poçt xidmətinin istifadəçilərinə qeyri-aktiv hesabların tezliklə silinəcəyi barədə xəbərdarlıq məktubları göndərməyə başlayıb.

Bu yeni qayda 2023-cü il dekabrın 1-dən qüvvəyə minir və iki il ərzində qeyri-aktiv olan hesablara şamil edilir.

Xəbərdarlıq mesajları no-reply@accounts.google.com ünvanından gəlir. Google bu məktublarda yeni qaydanın tətbiqinin səbəblərini qısa şəkildə izah edir.

Məktubda bildirilir ki, bundan sonra Google hesabı üçün icazə verilən fəaliyyətsizlik müddəti iki il olacaq və 2023-cü ilin dekabr ayından etibarən aktiv olmayan hesablar bütün əlaqəli məzmunla birlikdə silinəcək.

Google nümayəndələri əmin ediblər ki, hesab silinməzdən əvvəl sahibin əsas və ehtiyat e-poçt ünvanlarına bir neçə xəbərdarlıq e-poçtu göndəriləcək.

Google hesabınızın silinməməsi üçün nə etməli?

Hesabın silinməsinin qarşısını almaq və onu aktiv saxlamaq üçün hər iki ildən bir hesabda ən azı bir əməliyyat etmək kifayətdir.

Məktubda deyilir ki, Google hesabınızı aktiv saxlamağın ən asan yolu ən azı iki ildə bir dəfə ora daxil olmaqdır. Son iki il ərzində hesabınıza daxil olmusunuzsa, hesabınız aktiv sayılır və silinməyəcək.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi