Sorğu
Оцените работу движка

03 İyn 10:40Cemiyyet

“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib

Bu gün “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan şəhərində Bakı Enerji Forumunun “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiyası təşkil olunub.

“RESPUBLİKAXƏBƏR.AZ”-In yerli bürosu xəbər verir ki, xüsusi sessiyanın iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Bundan sonra Naxçıvan MR Ali Məclisində tədbir iştirakçıları ilə Prezidentin bölgədəki səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasında görüş keçirilib. Ardınca dövlət qurumlarının, Naxçıvan MR-nın aidiyyəti strukturlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, Bakı Enerji Forumunda qatılan xarici şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan xüsusi sessiya işə başlayıb. Tədbir Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynovun moderatorluğu ilə Naxçıvan Biznes Mərkəzində baş tutub.

Sessiya iştirakçıları muxtar respublikada fəaliyyət göstərən emal və xidmət müəssisələrinin istehsal etdiyi məhsulların nümayiş olunduğu stendlərlə tanış olublar. Açılış nitqi ilə çıxış edən F.Nəcəfli tədbir iştirakçılarını Ümummilli Liderin anadan olduğu Naxçıvanda salamlamaqdan məmnunluq hissi duyduğunu deyib, xüsusi sessiyanın işinə uğurlar diləyib.

Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi ağır vəziyyətdən bəhs edən F.Nəcəfli məhz Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın bu ağır sınaqdan şərəflə çıxdığını vurğulayıb. O, bu xüsusda Ümummilli Liderin müəyyənləşdirdiyi enerji strategiyasının, “Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin hərtərəfli inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Daha sonra Naxçıvanın yaşıl enerji potensialından bəhs edən videoçarx nümayiş etdirilib.

Panel müzakirələrində çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf bu il Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyini bildirib. O, Ümummilli Liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir çox tədbirlərin, Bakı Enerji Forumu çərçivəsində xüsusi sessiyanın Ulu Öndərin anadan olduğu Naxçıvanda keçirildiyini vurğulayıb.

Xüsusi sessiyanın Naxçıvan şəhərində təşkil olunmasının əhəmiyyətindən bəhs edən SOCAR prezidenti Naxçıvanın zəngin bərpa olunan enerji potensialına malik olduğunu, bu sahənin inkişafının ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə və karbon emissiyasının azaldılmasına mühüm töhfə verəcəyini vurğulayıb. “Yaşıl enerji”yə keçidin bu gün müasir dövrün əsas çağırışlarından biri olduğunu qeyd edən R. Nəcəf SOCAR-ın uzunmüddətli korporativ hədəflərindən danışıb, bu xüsusda enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi fəaliyyət sahələrinin prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyini, SOCAR-ın quruda və dənizdə bərpa olunan enerji mənbələri ilə bağlı potensial imkanları mütəmadi olaraq araşdırdığını və nəzərdən keçirdiyini diqqətə çatdırıb.

“TotalEnergies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut çıxışında Naxçıvan və Şərqi Zəngəzur regionları da daxil olmaqla Azərbaycanın zəngin bərpa olunan enerji potensialına malik olduğunu bildirib. Regis Agut “TotalEnergies”in iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində yaşıl enerji istehsalının artırılması kimi ümumi hədəflərinə töhfə vermək məqsədilə Azərbaycanla potensial günəş və külək enerjisi layihələri üzrə tərəfdaşlıq etməyə hazır olduqlarını ifadə edib.

“China Energy International Group Co.Ltd” şirkətinin baş vitse-prezidenti Xiaodan Lin Naxçıvan və Şərqi Zəngəzurun günəş enerjisi potensialından bəhs edib, bu regionların Azərbaycanda günəş enerjisi layihələrinin inkişafına töhfə verəcəyini vurğulayıb. O, həmçinin, Abşeron yarımadasının sahilyanı ərazilərində nəhəng külək enerjisi potensialının olduğunu qeyd edib, bu xüsusda yaşıl enerji potensialının inkişafı ilə Azərbaycanın qonşu ölkələri bərpa olunan enerji ilə təmin edə biləcəyini ifadə edib.

Daha sonra tədbir iştirakçıları üçün mədəni proqram təşkil olunub. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olan qonaqlar Ulu Öndərin sevdiyi və Ümummilli Liderə həsr olunan musiqili kompozisiyalardan ibarət konsert proqramını izləyiblər. Tədbir çərçivəsində, həmçinin Naxçıvanın tarixi-memarlıq abidələrinə, o cümlədən, “Möminə Xatun” türbəsinə və Açıq Səma altında Muzey Kompleksinə, habelə Duzdağ Fizioterapiya Mərkəzinə tur təşkil ediləcək.
Bu gün Bakı Enerji Forumu çərçivəsində Naxçıvan şəhərində Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir.

“RESPUBLİKAXƏBƏR.AZ” xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, energetika naziri Pərviz Şahbazov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns, Çinin “Beynəlxalq Qrup Co. Ltd” şirkətinin sədri Lin Xiaodan, eləcədə muxtar respublikanın rəhbərliyi və müvafiq qurumlarının təmsilçiləri iştirak edirlər.

Sessiyada Naxçıvan MR-nın yaşıl enerji potensialı, günəş və külək enerjisi stansiyalarının inşası, alternativ enerji istehsalı və ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.
“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib
“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib
“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib
“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib
“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib
“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib
“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib
“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib

RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: