Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Apr 15:46Cemiyyet
ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ VƏ ŞƏKİ ŞƏHƏR 1 SAYLI MEDİASİYA TƏŞKİLATI BİRGƏ İFTAR SÜFRƏSİ TƏŞKİL EDİB
Aprelin 18-də Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə "Ağ Qaya" restoranında şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub.
“RESPUBLİKAXƏBƏR.AZ" xəbər verir ki, iftar mərasimində şəhər rəhbərliyi, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki 1 saylı Mediasiya Təşkilatının nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti Aparatının başçısı cənab Elxan Usubov, Şəki Şəhər 1 saylı Mediasiya təşkilatının baş mediatoru hörmətli Dərya Yaşarlı və digər qonaqlar ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər, şəhid ailələrinin üzvlərini qarşıdan gələn bayram münasibətilə təbrik ediblər.
Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı. Şəhidlərimizin qanı yerdə qalmadı, uğrunda döyüşdükləri Qarabağ torpaqları işğaldan azad olundu. Bu gün şəhidlər bizim həm kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir.
Biz də Respublikaxəbər.az olaraq, redaksiya heyyətinin rəhbəri Elyaz Yazan başda olmaqla, bütün redaksiya heyyətimiz adından Şəki Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri cənab Elxan Usubova, Şəki Şəhər 1 saylı Mediasiya Təşkilatının Baş mediatoru Dərya Yaşarlıya təşəkkürümüzü bildirir, açdıqları mübarək iftar (ehsan) süfrəsinin qəbul olunmasını uca Allahdan niyaz edirik.
RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi