Sorğu
Оцените работу движка

28 Fev 06:24Cemiyyet

FHN: Novruz şənliklərində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir

Respublikaxəbər.az xəbər verir ki, FHN xalqa müraciət edib.
Respublikaxəbər.az-ın məlumatına görə, FHN qarşıdan gələn çərşənbələr və Novruz bayramılarında insanların şənləndikləri zaman təhlükəsuzlik tədbirlərinə qarşı diqqətli olmaları barədə tövsiyələrini bildirib. FHN:Novruz şənliklərində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir

Yurdumuza bahar gəlir - həmişə sevinclə, səbirsizliklə gözlədiyimiz bahar. Xalqımız milli adət ənənələrimizə uyğun olaraq baharın gəlişini - Novruz bayramını hər yerdə xoş ovqatla, çal-çağırla qarşılayır. Çünki Novruz bayramı öz adət-ənənələri ilə xalqımızın tarixi köklərini və milli dəyərlərini özündə yaşadan ümumxalq bayramıdır. Bu bayram gur tonqalları, gözoxşayan noğullu-nabatlı, dadlı şirniyyatlı və yanar şamlı xonçaları, yamyaşıl səmənisi, mübarək niyyətləri, diləkləri ilə sevilir və iqtisadiyyatı gündən-günə qüdrətlənən müstəqil Azərbaycan Respublikasının bütün şəhər və kəndlərində əhali Novruz bayramını hər yerdə xoş ovqatla, çal-çağırla qarşılayır, bir-birindən rəngarəng bayram tədbirləri keçirirlər.
Hər birimizin arzusudur ki, Novruz şənlikləri ən ülvi duyğularla yaddaşlara həkk olunsun, bayramlar yalnız və yalnız xoş hisslərlə xatırlansın. Ötən illərin statistik məlumatlarının təhlili göstərir ki, bayram şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı insanların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş vermiş, nəticədə vətəndaşlarımıza maddi və mənəvi ziyan dəymişdir. Bunun üçün isə bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən də yanğın təhlükəsizliyi ilə bağlı tələblərə ciddi əməl olunmalıdır.
Birinci növbədə qeyd edilməlidir ki, Novruz bayramında əhali tərəfindən tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, elektrik və qaz xətlərindən, evlərdən, binalardan, tezalışan maye və materialların saxlandığı yerlərdən kənarda yandırılmalıdır.
Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğın üçün mənbə ola bilər.
Novruz şənliklərində yanar mayelərin hopdurulması ilə hazırlanan məşəllərin azyaşlı uşaqlar tərəfindən havaya atılması nəticəsində də ciddi yanğınlar baş verə bilər. Belə ki, məşəllər evlərin dam örtüklərində və ya həyətyanı sahələrdə yığılmış yanar materialları, çəpərləri, ot tayalarını alışdıra bilər.
Yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə, eləcə də digər yaşayış sahələrində avtomobil şinlərinin yandırılması qəti qadağandır. Belə hallarda yanan şinlər diyirlənərək ətrafdakı yaşayış sahələrində yeni yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.
Uşaqlar adət-ənənələrimizə uyğun olaraq tonqalların üzərindən atılarkən özlərini yanğından qorumalıdırlar. Bayram tədbirlərində, xüsusən də tonqal ətrafında əylənən azyaşlı uşaqlar mütləq valideynlərin nəzarəti altında olmalıdır.
Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yerlərə yapışdırmaq olmaz.
Milli bayramımızı - Novruzu acı sonluqla başa vurmamaq üçün yuxarıda sadalanan, həmçinin yanğın təhlükəsizliyi ilə bağlı digər qaydalara əməl etmək vacibdir.

Fövqəladə Hallar Nazirliyi
Dövlət Yanğın Nəzarəti Xidməti
Şimal-Qərb Regional DY

Biz də redaksiya heyyətimiz adından Azərbaycan xalqının təhlükəsizliyini düşünərək öncədən maarifləndirmə mövzuları ilə insanlara təhlükəsizlik tədbirlərinin təminində diqqətli olmalarını tövsiyə edən, gecə-gündüz xalqı fəlakətlərdən xilas edən başda cənsb nazir Kəmaləddin Heydərov olmaqla, FHN-nin bütün əməkdaşlarına yüksək səviyyədə təşəkkürümüzü bildirir, qarşıdan gələn Novruz bayramı münasibəti ilə hər birini təbrik edirik. Həmçinin Novruz bayramından öncə qarşılayacağımız "8 mart Beynəlxalq qadınlar günü" münasibəti ilə hər birinin an-bacılarını, ailələrini və qız övladlarını, eləcə də qohum-əqrabalarında olan bütün qadınları təbrik edirik.
RESPUBLİKAXƏBƏR.AZ
Al giorno d'oggi, le persone chiedono qualcosa di buono, alla moda e alla moda. orologi replica Che si tratti di vestiti o accessori alla moda che oggi significano molto per la cultura contemporanea. rolex replica Simile ? il caso con orologi alla moda e di grande effetto. Quando questi sono orologi svizzeri, imitazione Rolex la stimolazione diventa semplicemente doppia. Pertanto,orologi replica sono in tendenza al momento Questi sono uno degli accessori di moda preferiti da uomini breitling replica da molto tempo. replica Se non hai comprato orologi replica al momento,orologi replica svizzeri puoi comprarne uno per un test.

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: