Sorğu
Оцените работу движка

16 Fev 07:10Cemiyyet

Türkiyədə zəlzələdə həlak olan tələbənin nəşi Gədəbəyə gətirilib

RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri Samir Quliyevin cənazəsi Gədəbəy rayonuna gətirilib.

RESPUBLİKAXƏBƏR.AZ-ın məlumatına görə, Samir Quliyevlə Gədəbəyin İnəkboğan kəndində, yaşadığı evdə vida mərasimi keçiriləcək.

Mərhum kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Samir Quliyev 2000-ci ildə anadan olub, uşaqkən atasını itirib.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi