Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 Yan 10:40Cemiyyet
Ağdamda ölümcül gücə malik partlayıcı qurğular aşkar edilib
Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılmış, böyük partlayış gücünə malik improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib.
ANAMA-dan RESPUBLİKAXƏBƏR.AZ-a verilən xəbərə görə, yol kənarında yerləşən, üzəri torpaqla örtülən təpəciklərin daxilində 1 ədəd 240 mm-lik 9M24F turbo reaktiv raket və 30 dan çox 120 mm-lik minaatan mərmisinin kompakt formada bir-birinə bağlanaraq yerləşdirilməsi faktları qeydə alınıb.
Qeyd edilib ki, hər bir 120 mm-lik minaatan mərmisinin tərkibində 3 kq-dan çox partlayıcı maddə olan sursatlar mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib: “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bildirir ki, ANAMA-nın Təmizləmə Qrupları tərəfindən işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları davam etməkdədir.
Təmizləmə əməliyyatları zamanı qarşılaşdığımız bu kimi hallar - xüsusi formaya salınmış partlayıcı qurğular, tələ minaları ölümcül partlayışın baş verməsi məqsədilə düşmən tərəfindən mülki əhaliyə qarşı yönələn terrorun isbatıdır.
ANAMA vətəndaşlara bir daha müraciət edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmasınlar”.
RESPUBLİKAXƏBƏR.AZ

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi