Sorğu
Оцените работу движка

24 Dek 12:21Cemiyyet

Türkiyə Prezidenti İlham Əliyevi təbrik edib

RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

RESPUBLİKAXƏBƏR.AZ, TƏBRİK MƏKTUBUNDA QEYD OLUNANLARI DİQQƏTİNİZƏ ÇATDIRIR.

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, Əziz Qardaşım.

Doğum gününüzü şəxsən öz adımdan və xalqım adından səmimi-qəlbdən təbrik edir, Sizə və dəyərli ailənizin üzvlərinə cansağlığı, xoşbəxtlik və uzun ömür diləyirəm.

Zati-alinizin qətiyyətli və uzaqgörən liderliyi ilə qardaş Azərbaycan son illərdə böyük nailiyyətlər əldə etmiş, beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirmişdir. Xüsusilə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və abadlaşdırılmasında göstərdiyiniz əzmkarlıq və qətiyyət hər cür təqdirin fövqündədir.

Azərbaycanın əmin-amanlığı, rifahı və gələcək nəsillər üçün çəkdiyiniz dəyərli zəhmətiniz bütün Türk dünyası tərəfindən böyük maraq və sevinc hissi ilə izlənir və örnək kimi qəbul edilir.

Öz gücünü "Bir millət, iki dövlət" anlayışı ilə xalqlarımız arasındakı qədim qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan ittifaqı da bu prosesdə regionumuz üçün əvəzsiz təhlükəsizlik, sabitlik və rifah amilinə çevrilmişdir.

Müdafiə sənayesi, müştərək energetika və nəqliyyat layihələrindəki əməkdaşlıqla hər bir sahədə nümayiş etdirdiyimiz sarsılmaz həmrəyliyimizi Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü ildə də daha yüksək səviyyələrə çatdıracağımıza bütün səmimiyyətimlə inanıram.

Hörmətli Prezident, fürsətdən istifadə edərək Zati-alinizə yeni yaşınızda cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının xoş günləri və rifahının bundan sonra da davam etməsi üçün ən səmimi diləklərimi çatdırıram".
RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi