Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 Dek 10:42Cemiyyet
DYP Bakıda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb
Respublikaxəbər.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi dünən Bakıda 2-si azyaşlı olmaqla 3 nəfərin 3 nəfərin öldüyü qəza barədə məlumat yayıb.
İdarədən Respublikaxəbər.az-a verilən məlumatda bildirilib ki, ötən gün saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri 34 yaşlı Həsənov Abil Sədrəddin oğlunun idarə etdiyi “Hyundai” markalı, 99-OH-223 dövlət qeydiyyat nişanlı və 63 yaşlı Əliyev Qurban Polad oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 90-EY-518 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Nəticədə, Qurban Əliyev və sərnişinləri - paytaxt sakinləri 13 yaşlı Lütfəlizadə Əminə Əhməd qızı və onun bacısı 12 yaşlı Zalina hadisə yerində həyatlarını itirib, onların anası Lütfəliyeva Nigar Elbrus qızı və İsmayılova Ülviyyə Eldar qızı isə xəsarət alıb.
Bununla yanaşı, “Hyundai” markalı avtomobildə olan 5 nəfər sərnişin – Babayeva İradə Quli qızı, Babayeva Xatirə Babakişi qızı, Hüseynova Nayibə Ağaraza qızı, Babayeva Göyərçin Arif qızı və Zeynalova Təranə Murad qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırma zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, onları ikisi yeniyetmə olmaqla üç nəfərin həyatına son qoyan sözügedən ağır yol qəzasından düzgün nəticə çıxarmağa, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə çağırır: "Ümid edirik ki, xüsusilə sərnişin daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər çağırışımıza biganə qalmayacaq, özlərinin, doğmalarının və digər hərəkət iştirakçılarının təhlükəsizliyi naminə verilən tövsiyələrə əməl edəcəklər".
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi